• 28.03.2025 10:29

Cəlal Qurbanov: “Bu görüşlər qəlbləri isidən unudulmaz anlarla yadda qaldı”

Cəlal Qurbanov: “Bu görüşlər qəlbləri isidən unudulmaz anlarla yadda qaldı”

“Ramazan ayında Leyla Əliyeva və Arzu Əliyevanın 1500-dən çox şəhid anası və şəhid ailəsi ilə görüşü onlara böyük təsəlli oldu, bu görüş qəlbləri isindirən unudulmaz anlarla yadda qaldı.”

PROSES.AZ xəbər verir ki, bu sözləri Musavat.com-a “Mənim oğlum qəhrəmandır”, “Mənim atam qəhrəmandır” layihəsinin rəhbəri, Prezident təqaüdçüsü Cəlal Qurbanov deyib.

“Şəhidlər – azadlığımızın, suverenliyimizin əbədi keşikçiləridir. Onların ailələri isə bizə əmanətdir. Bu müqəddəs Ramazan ayında və Novruz bayramı günlərində şəhid analarına, şəhid övladlarına göstərilən diqqət və qayğı bir daha sübut etdi ki, onların fədakarlığı xalqımızın qəlbində əbədi yaşayacaq. Beş ildir ki, həyata keçirilən “Mənim Oğlum Qəhrəmandır” və “Mənim Atam Qəhrəmandır” layihələrinin əsas məqsədi təkcə şəhid ailələrinə mənəvi dayaq olmaq deyil, həm də Vətən uğrunda canını fəda edən igidlərimizin adını yaşatmaqdır. Bu layihələr hər şeydən əvvəl milli birliyimizin təcəssümüdür. Heydər Əliyev Fondunun dəstəyi ilə son iki həftə ərzində keçirilən tədbirlər – şəhid anaları üçün təşkil olunan 8 Mart iftar süfrələri və “Şahdağ” Turizm Mərkəzində şəhid övladları üçün təşkil edilən Novruz şənlikləri bu vəhdətin ən gözəl nümunəsi oldu.” -, deyə layihə rəhbəri qeyd edib.

Cəlal Qurbanovun sözlərinə görə, bu tədbirlər sayəsində Azərbaycanın müxtəlif bölgələrindən gələn 1200-dən çox şəhid ailəsi bir araya gəldi. Onlar bir-birilərinə təsəlli verdi, dövlətin qayğısını, millətin ehtiramını hiss etdilər:

“Bu tədbirlərin ən duyğulu anlarından biri isə məhz martın 4-də və 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın şəhid anaları ilə görüşü oldu. Onların hərarətli qucağı, səmimi sözləri anaların qəlbinə işıq saçdı.
“Siz tək deyilsiniz, Vətən sizə borcludur!” – bu sözlər sadəcə təsəlli deyildi, bu, şəhid ailələrinin göz yaşlarını qürurla silən, onların yaralarını Vətən sevgisi ilə sarıyan ümid işığı idi. Leyla və Arzu Əliyevalar şəhid analarının göz yaşlarını silərkən, onların dərin kədərini qürura çevirməyə çalışarkən, həmçinin “Şahdağ”da şəhid övladları ilə Novruz bayramını qeyd edərkən bir daha göstərdilər ki, bu ailələr hər zaman dövlətin, millətin diqqətindədir. “Mənim Oğlum Qəhrəmandır!” və “Mənim Atam Qəhrəmandır!” layihələrinin rəhbəri Cəlal Qurbanov, beş ildir ki, bu layihələrə dəstək verən, şəhid ailələrinin hər zaman yanında olan Heydər Əliyev Fondunun İcraçı Direktoru Anar Ələkbərova şəhid ailələri adından dərin minnətdarlığını bildirdi.”

“Cənab Prezidentin ailə üzvlərinin şəhid ailələrinə göstərdiyi qayğı, sevgi, diqqət əvəzedilməzdir!” – deyə vurğulayan Cəlal Qurbanov, Anar Ələkbərovun sözlərini xatırladaraq qeyd etdi ki, “Biz şəhid analarını və şəhid balalarını qorumalıyıq!”

“Bu müqəddəs missiya bir vətəndaş borcu olmaqla yanaşı, mənəvi dəyərdir. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələri daim ehtiramla yad edilməli, onların qurbanları heç zaman unudulmamalıdır. Bu layihələrin davamlı həyata keçirilməsində, şəhid ailələrinin hər zaman diqqət və qayğı ilə əhatələnməsində böyük dəstək olan Heydər Əliyev Fonduna və onun icraçı direktoru Anar Ələkbərova bir daha dərin minnətdarlığımı bildirirəm. Bu layihə birlik layihəsidir! O, xalqımızın həmrəyliyini, şəhid ailələrinə olan ehtiramını və Vətən sevgisini özündə birləşdirir.” – deyə Prezident təqaüdçüsü bildirdi.

WhatsApp Image 2025-03-28 at 01.00.31 (2).jpeg (59 KB)

Tanınmış nəğməkar şair, böyük layihələrin müəllifi qeyd etdi ki, biz birlikdə daha güclüyük və şəhidlərimizin əziz xatirəsini yaşatmaq bizim ən böyük borcumuzdur: “Birlik, sadəcə bir araya gəlmək deyil, eyni ürək döyüntüsü ilə yaşamaq, eyni dəyərləri qorumaqdır. Bu birlik bizim millət olaraq gücümüzdür, şəhid ailələrinə verdiyimiz mənəvi dayaqdır. Bəli, biz şəhid əmanətlərini qorumalıyıq! Onların hər biri bizə Vətənin müqəddəs yadigarıdır və bu yadigarları yaşatmaq, onlara sahib çıxmaq bizim ən ümdə vəzifəmizdir. Vətənimizin azadlığı uğrunda canından keçən hər bir şəhidimizin əziz xatirəsi hər zaman bizimlədir, və onların ruhu əbədi yaşayacaq!”

Musavat.com

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…