• 03.04.2025 11:32

Qalmaqallı aparıcının rəhbərlik etdiyi şirkət vətəndaşın pulunu qaytarmaq istəmir

Qalmaqallı aparıcının rəhbərlik etdiyi şirkət vətəndaşın pulunu qaytarmaq istəmir
Lənkəran rayon sakini Rzayev Zaur Camal oğlu “AID Language Center” Məhdud Məsuliyyətli Cəmiyyətindən şikayətçidir.
AzToday.org xəbər verir ki, Z.Rzayev şikayətində 2024-cü ilin may ayında “AID Language Center” MMC ilə müqavilə bağladığını, lakin sonradan qarşı tərəfin müəyyən bəhanələr gətirirək öhdəliyini pozduğunu yazır:

“2024-cü ilin may ayının 2-də “AID Language Center” MMC şirkəti ilə müqavilə bağladım. Müqavilə bağlamaqda məqsədim övladımın müalicəsi üçün xaricə getmək idi. Şirkət bu məsələdə bizə yardımçı olacağını bildirmişdi. Şirkətlə müqavilə imzalanan ərəfəsində özümün və həyat yoldaşımın xarici dil biliyinin olmadığı bildirdim. Şirkət bu məsələdə narahat olmamağımızı deyərək bizə xarici dil kursunda tələb olunan səviyyəyə çatdıracağına söz verdi”.

Şikayətçi vətəndaş müqavilədə nəzərdə tutulan məbləğin yarıdan çoxunu ödədiyini bildirir:

“AID Language Center” MMC-yə müqavilə üzrə dil tədrisi istisna olmaqla 2500 manat ödəməli idik. Bu məbləğin 1500 manatını ödədik. Yerdə qalan min manatını isə sənədlər tam hazırlanandan sonra ödəyəcəkdik. Şirkət həyat yoldaşım və mənə dil kursları üçün əlavə ödəniş tələb etdi. Şirkət bizə bildirdi ki, hər biri 500 manat olan iki paket alsaq bizə xarici dili sənədləşmə işləri başa çatanadək normal səviyyədə öyrədəcək”.

Zaur Rzayev “AID Language Center” MMC-yə əlavə 1000 manat ödədiyini deyir:

“Həyat yoldaşım Rzayeva Nübar Rafail qızı və özüm üçün 2024-cü ilin iyun ayının 10-da şirkətə məxsus 5** ** ** * 39 nömrəli karta 1000 manat ödəyərək iki paket götürdük. Bizə o zaman bildirildi ki, yay aylarına qədər ingilis dili səviyyəmizi mövcud proqramlarla zənginləşdirəcəklər. Pulu ödəyəndən bir ay sonra kursa başladıq. Kursa başlayandan sonra 3 ay normal formada dərslər keçirildi. Lakin 3 ay tamam olandan sonra bizə ayrılan limitin qurtardığını deyərək əlavə ödəniş tələb etməyə başladılar. Lakin biz də şirkət nümayəndələrinə ödəniş tələbinin doğru olmadığı, əlavə vəsait ödəməyəcəmiyimizi bildirdik. Sonda şirkət nümayəndələrinin bu hərəkətindən bezib müqaviləyə xitam verilməsini, müqavilə üzrə ödədiyimiz 1500 manatın geri qaytarılmasını tələb etdim”.

Zaur Rzayev bildirir ki, şirkət nümayəndəsi Emil Nadirlinin onlara müqavilənin ləğv edilməsinin mümkün olmadığı, ödənilən 1500 manatı geri qaytarmayacaqlarını deyib. Bundan sonra dəfələrlə “AID Language Center” MMC-nin rəhbəri Nigar xanımın qəbulunda olmağa dəfələrlə cəhd etsəm də şirkət nümayəndələri imkan verməyib.

Sonra şikayətçi vətəndaş “AID Language Center” MMC-yə ödədiyi 1500 manatın geri qaytarılmayacağı təqdirdə hüquq mühafizə orqanlarına şikayət edəcəklərini bildirir.

Şikayətlə əlaqədar şirkətdən mövqe öyrənmək cəhdlərimiz alınmadı. Belə ki, şirkətin əlaqə nömrələrinə etdiyimiz zənglərə cavabsız qaldı. Həmçinin, şirkətin e-mail adresinə yazdığımız sorğuya hələlik cavab verilməyib.

Qeyd edək ki, “AID Language Center” MMC qalmaqallı aparıcı Nigar Fərhada məxsusdur. O, bir-neçə gün əvvəl efirdə dediyi “oğluma atası olmayan qızı almaram” sözləri tənqidlərə səbəb olmuşdu…

DİGƏR XƏBƏRLƏR

Bu bürclərin həyatı dəyişir – İki gün qaldı!

Bu bürclərin həyatı dəyişir – İki gün qaldı!

Bu həftəsonu – 10-11 may 2025-ci il həftəsonu astroloji baxımdan bəzi bürclər üçün xüsusilə uğurlu olacaq. Planetlərin hərəkəti və enerjilərin…
Prezidentdən Arif Babayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Arif Babayevlə bağlı SƏRƏNCAM

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Arif İmran oğlu Babayevə Heydər Əliyev Mükafatı verilib. Proses.az xəbər verir ki, bu barədə Prezident…
“Şəhərin mərkəzində 1 milyonluq evdə qalıram”

“Şəhərin mərkəzində 1 milyonluq evdə qalıram”

“Miss Azerbaijan 2019″un qalibi Səmra Hüseynovam açıqlaması ilə diqqət çəkib. Milli.Az bildirir ki, modelin sözləri birmənalı qarşılanmayıb. “Ağlı olan ev…
Şərurlu İsfəndiyar bir milyon dollarlıq məhkəmə işində UDUZDU

Şərurlu İsfəndiyar bir milyon dollarlıq məhkəmə işində UDUZDU

İş adamı Rəşid Qoşnalı oğlu Süleymanovla “Şərur” MTK arasındakı məhkəmə prosesi yekunlaşıb. Medianews.az  Modern.az-a istinadla xəbər verir ki, iddiaçı cavabdehə…
Bakıda qadın estetik əməliyyatlarına pul verməyən keçmiş sevgilisinin başını əzdi

Bakıda qadın estetik əməliyyatlarına pul verməyən keçmiş sevgilisinin başını…

Nərimanov Rayon Məhkəməsində quldurluqda təqsirləndirilən Səbinə Ağabalayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə…
Ümit Karan həbs olundu: Cinsi təcavüzdə günahlandırılır

Ümit Karan həbs olundu: Cinsi təcavüzdə günahlandırılır

Futbol üzrə Türkiyə millisinin və “Qalatasaray” klubunun sabiq üzvü Ümit Karan həbs olunub. Oxu.Az bu barədə “Haber Global”a istinadən məlumat…
Böyük fəlakət qarşıdadır – Ekspertən 7 ballıq zəlzələ xəbərdarlığı

Böyük fəlakət qarşıdadır – Ekspertən 7 ballıq zəlzələ xəbərdarlığı

İstanbul Texniki Universitetinin alimləri tərəfindən hazırlanan ilkin hesabat 23 aprel 2025-ci il tarixində Mərmərə dənizinin mərkəzində baş vermiş 6,2 bal gücündə…
“Bu şəxslər erkən yaşda pensiya kapitalını götürə bilər” – AÇIQLAMA

“Bu şəxslər erkən yaşda pensiya kapitalını götürə bilər” –…

Pensiya kapitalından istifadə imkanları son dövrlər ən çox müzakirə edilən mövzulardandır. Bununla bağlı fərqli dövlətlərdə müxtəlif modellər tətbiq olunur. Bəs,…
Boğaz ağrısı ilə başlayır, qripə keçir, sonra isə… – Həkim yayılan xəstəlikdən DANIŞDI

Boğaz ağrısı ilə başlayır, qripə keçir, sonra isə… –…

Yəqin ki, bu günlərdə hər kəsin ətrafında yüksək hərarət, öskürək, boğaz ağrısı, ürəkbulanma kimi əlamətlərlə xəstələnən biri var. Xüsusilə günlərlə…
Sel təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – FOTO

Sel təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – FOTO

Azərbaycanda yağan güclü yağışlar nəticəsində transsərhəd və ölkənin əksər yerli çaylarında sululuq səviyyəsi artıb. Proses.az xəbər verir ki, bu barədə…
Konsertində eks-gəlininin verdiyi hədiyyəni bəyənmədi – FOTO

Konsertində eks-gəlininin verdiyi hədiyyəni bəyənmədi – FOTO

Əməkdar artist Mətanət İsgəndərli 27 il sonra “Gəl qayıdaq o illərə” adlı solo konserti ilə tamaşaçı qarşısına çıxıb. Proses.az Axşam.az-a istinadən…
Məşhur aparıcı və həyat yoldaşı ABŞ-ni tərk etdi

Məşhur aparıcı və həyat yoldaşı ABŞ-ni tərk etdi

Məşhur amerikalı televiziya aparıcısı Ellen DeGeneres və onun həyat yoldaşı, keçmiş aktrisa Portia de Rossi ABŞ-ı tərk edərək İngiltərəyə köçüblər.…
“Helikopterə minməyin…” – Rəisinin anasından Pezeşkiana

“Helikopterə minməyin…” – Rəisinin anasından Pezeşkiana

İran Prezidenti Məsud Pezeşkian Məşhədə səfəri zamanı sələfi, mərhum İbrahim Rəisinin anasını ziyarət edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə İran…
77 yaşlı anası çəkiliş vaxtı YIXILDI – VİDEO

77 yaşlı anası çəkiliş vaxtı YIXILDI – VİDEO

“Gün ortası” verilişinin çəkilişləri zamanı həyəcanlı anlar yaşanıb. Milli.Az xəbər verir ki, meyxanaçı-müğənni Samirə Yusifqızının evində veriliş çəkilərkən anası yıxılıb. 77 yaşlı…
Hindistan ordusu bu postda ağ bayraq qaldıraraq təslim oldu – VİDEO

Hindistan ordusu bu postda ağ bayraq qaldıraraq təslim oldu…

Pakistan Ordusunun Kəşmirdə nəzarət xətti boyunca həyata keçirdiyi dəqiq və sarsıdıcı zərbələr nəticəsində Hindistan Ordusu geri çəkilməyə məcbur olub və…