• 14.04.2025 14:19

Xadimə qonşu kişi ilə münasibət qurdu, qadınlar saçyoldusuna çıxdı – TƏFƏRRÜAT

Xadimə qonşu kişi ilə münasibət qurdu, qadınlar saçyoldusuna çıxdı – TƏFƏRRÜAT

Naxçıvanda iki qadının mübahisəsi dava ilə nəticələnib.

Hadisə Şərur rayonunun kəndlərindən birində baş verib. 1982-ci il təvəllüdlü Əfsanə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Sevilə (adlar şərti verilib – red.) xəsarət yetirib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində izahat verən Əfsanə bildirib ki, Şərur rayonunun kəndində yaşayır: “İki ildir kənd mədəniyyət evində xadimə işləyirəm. Çalışdığım yerin yaxınlığındakı mağazada Sevil adlı həmkəndlimlə aramızda tez-tez mübahisə olur. O, əri İntiqamla münasibət qurduğumu deyir. Halbuki aramızda heç nə yoxdu”.

Əfsanə qeyd edib ki, bu il fevralın 18-də təxminən saat 14 radələrində iş yerinə gedəndə Sevil onu görüb: “Mənim barəmdə nalayiq ifadələr işlətməyə başladı. Kənarda adamların dayandığını görüb ona heç nə demədim.

Axşam işdən çıxıb evimə gəldim. Həyəti süpürəndə Sevilin yolla evlərinə getdiyini gördüm, onu səslədim, günorta nə üçün mənə söz atdığını soruşdum. O, yenə nalayiq ifadələr işlətdi. Qızım Aysu yanımıza gəldi. Sevil onun saçlarından tutdu, ünvanına nalayiq sözlər dedi. Mən araya girdim, Sevilin saçlarından tutdum. O da mənim saçlarımdan yapışdı. Aysu oradan uzaqlaşıb evə getdi. Sevillə biz dalaşdıq, bir-birimizi vurduq. Axırda mən yerdən şifer parçasını götürüb onun çiyninə zərbə endirdim. Davamız bitdi, mən evimə getdim”.

Zərərçəkmiş qismində ifadə verən Sevilin sözlərinə görə, Şərur rayonunun kəndində ticarət mərkəzində satıcı işləyir: “Fevralın 15-də bibim qızı Ləman vəfat etdiyindən 3 gün kənddə olmadım. Fevralın 18-də kəndə qayıtdım, ticarət mərkəzində işimə davam elədim. Saat 18-də işdən çıxdım ki, evə gedim. Yolda qonşum Məmmədlə qarşılaşdım, o, televizorumuzda kanallar itdiyindən məndən kanalların yığılıb-yığılmadığını soruşdu.

Bu barədə söhbət edə-edə evə doğru getməyə başladıq. Əfsanəgilin evinin önündən keçəndə onun qızı və oğlu ilə küçədə dayandığını gördüm. Əfsanə Məmmədə “sən get, mənim Sevillə söhbətim var” dedi. Məmməd də getdi”.

Sevilin ifadəsinə görə, Əfsanə onu niyə orda-burda haqqında danışdığı barədə sorğu-sual edib: “Dedim, sənin haqqında heç nə danışmamışam, bunu sənə kim deyir? Qızı mənim üzərimə gəldi, saçımdan tutub yolmağa başladı. Məni yerə yıxıb üzərimə çıxdılar. Əfsanə məndən iri olduğundan ona gücüm çatmadı. Amma qızının saçını yolmağa başladım. Yerdə olarkən bədən və ayaq nahiyəmə zərbələr endirməyə başladılar.

Cibimdən necə çıxdığını bilmədim, amma mobil telefonumu Əfsanənin qızı götürüb yerə çırpdı. Avtomobili ilə yaxınlıqdan keçən qonşumuz Səid mənim döyülməyimi gördüyü, maşını saxladı, məni onların əlindən aldı. Məni maşına mindirib evimə apardı. Oğlum Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək döyülməyim barədə polisə məlumat verdi”.

Şərur Rayon Məhkəməsinin qərarı ilə Əfsanə 350 manat məbləğində inzibati qaydada cərimə edilib./Teleqraf

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…