• 14.04.2025 14:29

Taksi sürücüləri psixoloji müayinədən keçməlidir – Son dəhşətli qəzanın nəticələri

Taksi sürücüləri psixoloji müayinədən keçməlidir – Son dəhşətli qəzanın nəticələri

“İnkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da taksi sürücülərinin müəyyən zamanlarda psixoloji müayinədən keçməsi, həm onların rifahı, həm də sərnişinlərin təhlükəsizliyi baxımından qanunvericiliklə tənzimlənməlidir”.

Proses.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bir neçə gün bundan öncə Bakıda baş vermiş dəhşətli qəzanın görüntülərinin insanlara psixoloji təsirlərindən danışarkən deyib.

Psixoloqun sözlərinə görə, bu həm də xidmətin keyfiyyətinin artırılmasına və ictimai etimadın yüksəlməsinə səbəb olar:

“Baş verən avtomobil qəzası kimi travmatik hadisələr insanların psixoloji sağlamlığına əlbəttə ki, təsir göstərdi. Xüsusən hadisənin birbaşa şahid olanlar və ya iştirak edənlərdə çox zaman post-travmatik stress pozuntusu (PTSP) yaşanır. Onlarda hadisənin dəfələrlə xatırlanması, hadisəni yenidən yaşayırmış kimi görüntülərin göz önünə gəlməsi və bunun nəticəsində yaranan yuxu problemləri, təşviş və qaçınma davranışları müşahidə olunur. Eyni zamanda qorxu və təşviş pozuntuları da müşahidə olunur. Nəqliyyat vasitələrinə minməkdən qorxmaq, qəzanın baş verdiyi yerlərdən uzaqlaşmaq və ya qəzanı xatırladan istənilən vəziyyətdən qaçmaq halları baş verə bilər”.

Elnur Rüstəmov bildirib ki, hadisənin təsiri ilə yaranan dərin kədər, maraq itkisi, gündəlik həyata adaptasiya çətinliyi də ola bilər:

“Ona görə də belə hadisələrin mənfi psixoloji təsirlərinin qarşısını almaq və ya təsirlərini azaltmaq üçün həm sürücülərin, həm də sərnişinlərin vaxtında mütəxəssis dəstəyi almaları çox önəmlidir. Psixoloji dəstək almaq travmanın uzunmüddətli təsirlərini azaltmağa kömək edir. Baş verən hadisə “taksi sürücüləri psixoloji yoxlanışdan keçməlidirmi” sualını da aktuallaşdırdı. Nəzərə almaq lazımdır ki, taksi sürücüləri sadəcə nəqliyyat vasitəsi idarə edən şəxslər deyil, eyni zamanda gündəlik olaraq insanlarla birbaşa ünsiyyətdə olan, onların həyat və təhlükəsizliyinə cavabdeh olan peşə sahibləridir. Bu səbəbdən onların psixoloji stabilliyi və emosional balansı həm sərnişinlərin təhlükəsizliyi, həm də cəmiyyətin rifahı baxımından son dərəcə əhəmiyyətlidir. Çünki sürücülər gündəlik olaraq sıx hərəkət, vaxt məhdudiyyəti və sərnişinlərlə anlaşılmazlıqlar kimi stresli vəziyyətlərlə qarşılaşırlar. Bu hallarda emosional stabillik itərsə, qəza riski artar”.

Elnur Rüstəmov əlavə edib ki, bəzi sürücülərdə yüksək aqressivlik, əsəbilik və ya impulsiv reaksiya meyli ola bilər:

“Bu da yolda təhlükəli davranışlarla nəticələnə bilər. Psixoloji yoxlamalar bu cür riskləri erkən mərhələdə aşkarlamağa imkan verir. Uzun müddət istirahətsiz çalışan, psixoloji olaraq tükənmiş və ya depressiv durumda olan sürücülərdə reaksiya sürəti azalır, diqqət yayınır. Bu da qəza ehtimalını artıran amillərdəndir. Eləcə də əvvəllər qəza keçirmiş və ya ağır həyat hadisələri yaşamış sürücülər travma sonrası davranış pozuntuları göstərə bilər. Bu halların aşkarlanması üçün psixoloji qiymətləndirmə vacibdir”.

Qeyd edək ki, bir neçə gün öncə Bakıda dəhşətli avtomobil qəzası baş verib. “Heydər Əliyev” prospektində baş verən qəzanın görüntüləri qonşu ölkələrin mətbuatında yer alıb.

Nəcəfov Anar Şahmar oğlu idarə etdiyi BYD markalı 77-UY-524 dövlət qeydiyyat nişanlı avtomobillə Ələsgər Qayıbov küçəsi ilə hərəkətdə olan zaman idarəetməni itirərək körpüdən aşıb və hərəkətdə olan 99-JN-288 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilə çırpılıb.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…