• 15.04.2025 17:43

Mehriban Ələkbərzadənin “çör-çöp” ittihamına ŞOK CAVAB – Ana teatrda kimlər səssiz “təmizlənir”?

Mehriban Ələkbərzadənin “çör-çöp” ittihamına ŞOK CAVAB – Ana teatrda kimlər səssiz “təmizlənir”?

“Ana teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə 15 Aprel – Beynəlxalq Mədəniyyət Günündə efirə çıxaraq deyir ki, “Yenilik özü ilə gələndə çör-çöpü aparır, yerində gözəl olan qalır”.

Bu cümlə zahirən pafoslu səslənsə də, əslində bir etiraf idi və gəlişiylə nələrin “təmizləndiyini” xəbər verirdi. Sözün açığı, bu cür çıxışda teatrın bədii rəhbərinə yaraşan üslubda yox, məişət tullantılarının təmizlənməsinə rəhbərlik edən şəxs kimi çıxış edib”.

Bu sözləri Musavat.com-a açıqlamasında Əməkdar artist Mehriban Xanlarova deyib.

Aktrisa Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə haqqında yenidən qalmaqallı ittihamlar səsləndirib:

“Bəs Mehriban Ələkbərzadənin bu “çör-çöp” dediyi kimlər idi? Əvvəlcə uşaq evindən çıxmış, böyük istedad və potensiala malik gənc aktyor Corc Qafarı səhnədən uzaqlaşdırdı. Ardınca səssizcə 10 texniki əməkdaşla yollar ayrıldı. Daha sonra isə teatrın repertuarına əl gəzdirdi –  “Zəfər” kimi vətənpərvər ruhlu tamaşalar, “Medeya”, “Almaz”, “Bir, iki – bizimki” kimi klassik və müasir səhnə əsərləri yaddan çıxarıldı. Bunların arasında “Medeya”, “Bir, iki – bizimki” tamaşası sizin olsaydı, bütün dünyaya car çəkərdiniz.

Çünki beynəlxalq səviyyədə nümayiş oluna biləcək tamaşalar idi. Siz bütün bu addımlarınızı “çör-çöp təmizliyi” adı altında cəmiyyətə təqdim etdiniz. Yeniliyiniz isə səhnəyə dəvə gətirməniz oldu. Lakin səhranın istisinə, susuzluğuna dözən bu heyvan belə Mehriban Ələkbərzadənin eqosuna dözə bilmədi və səhnədən getdi”.

Mehriban Xanlarova iddia edib ki, bədii rəhbər “YouTube” arxivlərindən oğurluq səhnələr toplayır, 1940 və 1948-ci illərə aid tamaşalardan kadr səhnələr götürərək plagiat tamaşalar qurur:

“Hazırda bədii rəhbər “bütün beynimlə çox önəmli bir tamaşa üzərində işləyirəm” deyir. Bunu çox düz deyir. Çünki “YouTube”da 1940, 1948-ci illərə aid tamaşaları izləyib oradakı səhnələri oğurlayaraq plagiat tamaşalar qurmaqla məşğuldur.

Bu barədə Azərbaycanın bir nömrəli teatrşünası Aydın Talıbzadə konkret linklər və mənbələrlə sübutlar ortaya qoyaraq məqalə dərc edib. Orada açıq şəkildə göstərilir ki, “V.X.A.” tamaşasının müxtəlif səhnələri oğurluqdur. Nəticə isə budur: bədii rəhbərimiz plagiat rejissordur, kamera qarşısında, kamera arxasında öz kollektivini aşağılamaqdan çəkinmir və “YouTube”da oğurluq etməklə məşğuldur”.

Səslənən ittihamlarla bağlı Mehriban Ələkbərzadənin mövqeyini öyrənməyə çalışdıq. Bədii rəhbər heç bir ittihama cavab vermək istəmədiyini dedi:

“Belə olmaz. Mən də xeyli vaxt jurnalist işləmişəm, amma heç vaxt yazıb, soruşmamışam ki, “filankəs filan sözü dedi, buna necə baxırsınız?” Nə olub? Başqa xəbər yoxdur?”

Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Milli Dram teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə “Sabahın xeyir, Azərbaycan!” verilişində son günlər mədəniyyət ocağında aktyorlarla onun arasında baş verən mübahisələrə bu cür cavab verib:

“Zaman çox dəyişir. Sosial şəbəkələr, dırnaq içində olan demokratik özbaşınalıqlar… Hər kəs öz fikrini səsləndirə bilir və heç kim məsuliyyət daşımadan hansısa ünvana sözlər deyə bilir. Normal, olsun… Yetər ki, bu, əxlaqdan kənar olmasın. Amma mübahisələr hər zaman olmalıdır. Yenilik özü ilə gələndə çör-çöpü aparır, yerində isə gözəl olan qalır. Yaradıcı mübahisələr məşq prosesində olur, amma o birilər başqa şeydə.

Bu saat narahat dövrümdür. Hazırda çox önəmli tamaşa üzərində çalışıram. Buna görə mənim beynimin hər hüceyrəsi o işlə çalışır”.

DİGƏR XƏBƏRLƏR

Bu da məşhur restoranın mətbəxi… – Kütləvi zəhərlənmə buna görə olub

Bu da məşhur restoranın mətbəxi… – Kütləvi zəhərlənmə buna…

“Venesiya” şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, General S.Mehmandarov küçəsi, ev 352) keçirilmiş toy mərasimində 55 nəfərin kütləvi qida zəhərlənməsi…
İlham Əliyev Baş prokuror vəzifəsinə namizəd irəli sürdü

İlham Əliyev Baş prokuror vəzifəsinə namizəd irəli sürdü

Baş prokuror vəzifəsinə təyinatla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı Milli Məclisə daxil olub. Proses.az Teleqraf-a istinadla xəbər verir ki, təqdimatda…
“İmamoğlu işi” ilə bağlı 18 nəfər həbs edildi

“İmamoğlu işi” ilə bağlı 18 nəfər həbs edildi

Türkiyə polisi İstanbul meri Əkrəm İmamoğlu barəsində aparılan araşdırma çərçivəsində ikinci xüsusi əməliyyat keçirib. Əməliyyat çərçivəsində 30 nəfər saxlanılıb. Onlardan…
Məhkəmə DSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançı barədə qərar verib

Məhkəmə DSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançı barədə qərar…

Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançı Elnur Həmidov barəsindəki həbs qətimkan tədbirinin müddəti uzadılıb. Proses.az “Report”a…
Fotoqraf model sevgilisini boğub öldürdü

Fotoqraf model sevgilisini boğub öldürdü

Ukraynanın paytaxtı Kiyevdə rusiyalı fotoqraf model sevgilisini boğub. Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, istintaq müəyyən edib ki, 28 yaşlı…
Azərbaycan ən təhlükəsiz rayonları – Zəlzələ riski çox azdır – SİYAHI

Azərbaycan ən təhlükəsiz rayonları – Zəlzələ riski çox azdır…

Son günlər Türkiyənin müxtəlif bölgələrində baş verən ardıcıl zəlzələlər bir daha Cənubi Qafqazda, o cümlədən Azərbaycanda da seysmik təhlükəsizlik məsələsini…
“Ana olmadan ölməkdən qorxuram” – efirdə göz yaşı tökdü – VİDEO

“Ana olmadan ölməkdən qorxuram” – efirdə göz yaşı tökdü…

Xanəndə Aytən Məhərrəmova etirafı ilə sevənlərini kövrəldib. Ana olmaq arzusunu dilə gətirən müğənni studiyadakı hər kəsi ağladıb. Səmimi şəkildə hisslərini bölüşən…
Azərbaycanlı iş adamı oğurlandı – VİDEO

Azərbaycanlı iş adamı oğurlandı – VİDEO

Ukraynanın Odessa şəhərində azərbaycanlı iş adamı, diaspor nümayəndəsi oğurlanıb. Proses.az report.az-a istinadən xəbər verir ki, 1972-ci il təvəllüdlü Vüqar Fərhad…
Tanınmış müğənni xərçəngdən öldü – FOTO

Tanınmış müğənni xərçəngdən öldü – FOTO

Məşhur rok qrupu “The Alarm”ın solisti Mayk Peters 66 yaşında vəfat edib. Mayk Peters 1995-ci ildə lenfoma diaqnozu almış, sonradan…
Azərbaycanda 5 uşağı və 5 nəvəsi olan qadın evdən QAÇDI – VİDEO

Azərbaycanda 5 uşağı və 5 nəvəsi olan qadın evdən…

Azərbaycanda yaşanan hadisə diqqət çəkib. Milli.Az xəbər verir ki, efirə üz tutan kişi həyat yoldaşının evdən qaçdığını bildirib. 18 mart tarixindən…
Telefonundakı proqrama görə polislər evinə basqın etdi – ANBAAN VİDEO

Telefonundakı proqrama görə polislər evinə basqın etdi – ANBAAN…

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, 42 vilayətdə eyni anda keçirilən FETÖ-yə qarşı əməliyyatlarda 169 şübhəli saxlanılıb. Milli.Az…
Siyasətçi restoranda yemək yeyərkən güllələndi – FOTO

Siyasətçi restoranda yemək yeyərkən güllələndi – FOTO

Meksikada siyasətçi Jose Luis Pereira restoranda şam edərkən güllələnib. Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Teokaltiçe şəhər şurasının baş katibi…
Mayın ilk günü Bakıda 20 dərəcə isti olacaq

Mayın ilk günü Bakıda 20 dərəcə isti olacaq

Mayın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Proses.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda…
Ramiz Novruzun qızı anası ilə fotolarını paylaşdı

Ramiz Novruzun qızı anası ilə fotolarını paylaşdı

Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruz sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.  BAKU.WS xəbər verir ki, o şəxsi instaqram…
AFFA “Qarabağ”ı azarkeşlərinə görə cərimələdi

AFFA “Qarabağ”ı azarkeşlərinə görə cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Proses.az xəbər verir ki, iclasda qəbul edilən qərarları Peşəkar Futbol Liqasın özünün rəsmi…