• 15.04.2025 18:45

Vardanyana ən ağır cəzanın verilməsini istədilər

Vardanyana ən ağır cəzanın verilməsini istədilər

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 15-də davam etdirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilib.

Zeynal Ağayev dindirmədən əvvəl zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmədə zərərçəkmiş şəxslər İlqar Orucov, Mərdan Musayev, Anar Alıyev, Xəzri Əhmədov, Həsən Əliyev, Elşad Əhmədov, Fərid İlyaszadə, Təbriz Ramazanov, Saleh Həsənov, Cavid Mehdizadə, Əzizağa Qarayev, Nəriman İbrahimov və digərləri Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin müxtəlif istiqamətlərdə təxribatları zamanı yaralandıqlarını bildiriblər.

Zərərçəkmişlərdən Elvin Məmmədli ifadəsində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribat nəticəsində yaralanmış əsgəri sanitar maşınla təxliyə edərkən özünün də yaralandığını bildirib. O, sanitar maşının üzərində uzaqdan görünən qırmızı aypara işarəsi olmasına baxmayaraq, tank əleyhinə silahla vurulduğunu deyib.

Nizami Baxşəliyev dövlət ittihamçısı Fuad Musayevin suallarına cavab olaraq ön xətdən 7-8 kilometr geridə olarkən qarşı tərəfin atəşi nəticəsində yaralandığını bildirib və deyib: “Onların məqsədi torpaqları işğal etmək idi”.

Ülvi Süleymanov isə özünün yaralandığını, döyüş yoldaşının isə şəhid olduğunu qeyd edərək bildirib: “Döyüş yoldaşlarımdan biri qucağımda can verdi”.

İmran Həsənli isə dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman Ağdərə rayonunun Sırxavənd kəndində partlayış nəticəsində qrup komandiri ilə eyni vaxtda yaralandığını deyib.

Tural Məmmədzadə də Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən hərbi təxribat zamanı artilleriya atəşi nəticəsində Ağdamda qəlpə yarası aldığını söyləyib.

Anar Rəhimli dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab verərkən Ağdam rayonunun Yeddixırman ərazisində mülki şəxs kimi öz vəzifəsini icra edən zaman yaralandığını diqqətə çatdırıb. “Ermənistanın qanunsuz silahlı birləşməsinə rast gəldik. Onlar bizim avtomobili atəşə tutdular. Mən sol qolumdan güllə yarası aldım”, – deyə o əlavə edib. Bildirib ki, nəticədə onun qolu sınıb, avtomobilin aşması nəticəsində isə sağ əlindən də sınıq xəsarəti alıb.

“Həmin vaxt bizim yanımızda hərbçilərimiz yox idi. Biz onları görərkən geri qayıtmaq istədik. Geri qayıdanda bizi atəşə tutdular. Onların atəşi qorxutmaq üçün deyildi, davamlı atəş açırdılar”, – deyə o vurğulayıb.

Cavid Mehdizadə düşmənin Ağdamın Abdal-Gülablı kəndi istiqamətində təxribatı nəticəsində yaralandığını bildirib. O əlavə edib: “Yanımda iki döyüş yoldaşım şəhid oldu, bir neçə nəfər yaralandı. Xəsarət alarkən biz öz mövqeyimizdə idik. Qarşı tərəf mütəmadi olaraq təxribat törədirdi”.

Valeh Nuriyev də düşmən tərəfin təxribatı zamanı yaralandığını bildirib.

Elşən İbrahimli Ağdamda snayper tüfəngindən açılan atəş nəticəsində yaralandığını söyləyib.

Zərərçəkənlərin hər biri təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib.

Prosesdə, həmçinin məhkəmə-tibbi ekspertizanın rəyləri açıqlanıb.

Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

 


















DİGƏR XƏBƏRLƏR

“Vasmoy” bazarında qəribə fırıldaq – Pomidorun qırmızı görünməsi üçün görün nə edirlər – VİDEO

“Vasmoy” bazarında qəribə fırıldaq – Pomidorun qırmızı görünməsi üçün…

Vasmoy bazarında pomidorların qırmızı görünməsi üçün hiylə işlədilir. Milli.Az xəbər verir ki, bu barədə alıcılar iddia edir. Vətəndaşların sözlərinə əsasən,…
Ziya Əliyev müşavir vəzifəsindən azad edildi – FOTO

Ziya Əliyev müşavir vəzifəsindən azad edildi – FOTO

Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müşaviri Ziya Əliyev vəzifəsindən azad edilib. Milli.Az xəbər verir ki, o bu vəzifəyə bu ilin…
Hacı Şahinin oğlu atasının vəfatından danışdı: “Mənim üçün hər şey sönüb”

Hacı Şahinin oğlu atasının vəfatından danışdı: “Mənim üçün hər…

2023-cü ildə dünyasını dəyişən mərhum ilahiyyatçı və din xadimi Hacı Şahinin oğlu Hüseyn Həsənli atasının qəbrini ziyarət edib. Milli.Az xəbər verir…
Məşhur marketlər şəbəkəsi bağlanır? – Açıqlama

Məşhur marketlər şəbəkəsi bağlanır? – Açıqlama

“AL Market” mağazalar şəbəkəsinin ölkə üzrə fəaliyyət göstərən çoxsaylı filiallarından bəzilərinin fəaliyyətini dayandırdığı barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Milli.Az xəbər…
Bakıda avtobusda qeyri-adi elan: Bunu edənə pul mükafatı verilir – FOTO

Bakıda avtobusda qeyri-adi elan: Bunu edənə pul mükafatı verilir…

Paytaxt marşrut avtobuslarından birində sərnişinlərin diqqətini çəkən qeyri-adi elan sərgilənib. Milli.Az-ın məlumatına görə, sosial şəbəkələrdə maraqlı bir iş elanı sürətlə…
Azərbaycanda sevgilisinin saçını qırxan kişi həbs edildi

Azərbaycanda sevgilisinin saçını qırxan kişi həbs edildi

Masallı rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadına qarşı zorakılıq əməlləri törətmiş şəxs həbs edilib. Proses.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə…
Tiktoker Mahirə insan alverində günahlandırılır

Tiktoker Mahirə insan alverində günahlandırılır

Tiktoker Mahirə Marandskaya cinayət məsuliyyətinə cəlb olunub. Milli.Az bildirir ki, o, insan alverində təqsirli bilir. Məlumata görə, onunla bağlı cinayət…
İctimai fəal Əhməd Məmmədli SAXLANILDI: adam bıçaqlayıb

İctimai fəal Əhməd Məmmədli SAXLANILDI: adam bıçaqlayıb

İctimai fəal Əhməd Məmmədli saxlanılıb. Proses.az lent.az-a istinadən xəbər verir ki, o, Biləcəridə baş verən bıçaqlanma hadisəsi ilə bağlı istintaqa…
Özünü şəhid atası kimi təqdim edərək dələduzluq edən şəxs saxlanıldı – FOTO

Özünü şəhid atası kimi təqdim edərək dələduzluq edən şəxs…

Naxçıvanda özünü şəhid atası kimi təqdim edib dələduzluq əməlləri törədən şəxs saxlanılıb. Proses.az APA-ya istinadən xəbər verir ki, daxil olan…
Bu rayonu su basdı – Əhali təxliyə edilir – VİDEO

Bu rayonu su basdı – Əhali təxliyə edilir –…

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Hacıqabul rayonunda bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil…
Ülviyyə Əli SAXLANILDI

Ülviyyə Əli SAXLANILDI

Jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanılıb. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Ülviyyə Əlinin “Meydan TV” işi ilə əlaqədar saxlanıldığı qeyd…
“Kurtlar Vadisi”nin məşhur aktrisası görün indi nə işlə məşğuldur – FOTO

“Kurtlar Vadisi”nin məşhur aktrisası görün indi nə işlə məşğuldur…

Türkiyənin tanınmış aktrisası İpek Tenolcay illər sonra sənətini dəyişib. “Kurtlar Vadisi” serialında Süleyman Çakırın həyat yoldaşı Nesrin rolunu canlandıran ulduz…
Tanınmış yazar evində yanaraq ÖLDÜ – FOTO

Tanınmış yazar evində yanaraq ÖLDÜ – FOTO

İstanbulda 10 mərtəbəli binanın birinci mərtəbəsində baş verən yanğında tanınmış tənqidçi yazar Süha Oğuzertem həyatını itirib. Musavat.com “Haber Global”a istinadən xəbər verir…
Ceyhun Bayramov İraqa GETDİ

Ceyhun Bayramov İraqa GETDİ

7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfərə yola düşüb. Bu barədə…
“Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”

“Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan…

Müğənni Afət Fərmanqızı ilə Aşıq Mübariz arasında qalmaqal yaşanıb. Buna səbəb Mübarizin ad çəkmədən xanım müğənnilərin biri haqda dediyi sözlər…