• 16.04.2025 13:27

Havaya görə bu sahədə işlər dayandırılmalıdır! – Rəsmi

Havaya görə bu sahədə işlər dayandırılmalıdır! – Rəsmi

“Mövcud hava şəraiti davam etdiyi müddətdə açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması məqsədilə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq zəruri tədbirlərin görülməsi vacibdir”.

Proses.az xəbər verir ki, bu, Dövlət Əmək Müfəttişliyi Xidmətinin ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciətində bildirilib.

“Belə ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır.

Məcəlləyə 2-ci əlavəyə görə, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır. Həmçinin tikinti işləri görüldükdə küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma, 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri, 6 baldan artıq olduqda taxta-şalban, işi, habelə taxta-şalbanın sökülməsi işləri dayandırılır.

Dənizdə işləyərkən küləyin gücü 3 baldan çox olduqda qaynaq tikişinin şaquli və tavan vəziyyətində qoyulduğu bütün növ qaynaq, 4 baldan çox olduqda ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə, daimi dəniz özülləri və estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işlərinin, qaynaq tikişi aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işlərinin, estakada tikən kranla quraşdırma və dəniz neft-mədən qurğularının sökülməsi işlərinin dayandırılması təmin edilməlidir.

Dənizdə işləyərkən küləyin gücü 5 baldan artıq olduqda isə ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə, kopyor vasitəsilə dayaqlar vurulması, daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi), traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi, estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri dayandırılmalıdır.

Küləyin gücü 6 baldan artıq olarsa, daimi dəniz özüllərində istismar edilən quyularda işləri, daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işlərini, 8 baldan çoxdursa, qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işləri, özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki və altındakı işləri dayandırmaq tələb olunur”.

Xidmətdən əlavə olaraq qeyd edilib ki, əgər küləyin gücü 10 baldan artıq olarsa, quyunun yuyulması işlərindən başqa buruqda bütün işlərin dayandırılması təmin edilməlidir:

“İşlərin dayandırılması zamanı işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı ilə fasilənin sayı, müddəti müəyyənləşdirilməli, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli və bu fasilələr zamanı da əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri səbənindən baş verməyən boşdayanma kimi və tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir”.

DİGƏR XƏBƏRLƏR

Nəsrinin yaxta tətili – FOTOLAR

Nəsrinin yaxta tətili – FOTOLAR

Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sosial media hesabında dincəldiyi anları izləyiciləri ilə bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa yaxtada istirahət…
Nazirlikdən Qurban bayramı ilə bağlı əhaliyə müraciət

Nazirlikdən Qurban bayramı ilə bağlı əhaliyə müraciət

Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.…
Ağakərimin səhhətindən danışdı – “Ümid yeri qalmayıb” – VİDEO

Ağakərimin səhhətindən danışdı – “Ümid yeri qalmayıb” – VİDEO

Meyxanaçı Ağamirzə Məmmədov uzun müddətdir yataq xəstəsi olan həmkarı Ağakərimin (Kərim Novruzov) səhhəti ilə bağlı açıqlama verib. Bu barədə meyxanaçı…
Nazir müavini vəzifəsindən azad edildi

Nazir müavini vəzifəsindən azad edildi

Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin…
Faciəvi şəkildə ölən tələbə Tunarın FOTOsu

Faciəvi şəkildə ölən tələbə Tunarın FOTOsu

Xəbər verdiyimiz kimi, ötən gün kollec tələbəsi Astarada dənizdə boğularaq ölüb. Proses.az unikal.az-a istinadən həyatını itirən gənc Tunar Qafarovun fotosunu təqdim…
Yeniyetmə qıcolmadan öldü

Yeniyetmə qıcolmadan öldü

Şəmkirdə yeniyetmə qıcolmadan ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün Şəmkir şəhərində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü…
Narkotik ittihamı ilə həbs edilən tiktokerlər azadlığa buraxıldı

Narkotik ittihamı ilə həbs edilən tiktokerlər azadlığa buraxıldı

“TikTok” əməliyyatlarında saxlanılan “Xan” ləqəbli tiktoker Əsgər Əlizadə və Nuh Məmmədzadə ev dustaqlığına buraxılıb. Musavat.om xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin…
Prezident bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin etdi – SİYAHI

Prezident bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin etdi…

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında…
Ukrayna Krım köpüsünü partlatmağa cəhd etdi – Video

Ukrayna Krım köpüsünü partlatmağa cəhd etdi – Video

Ukrayna Təhlükəsizlik Xidməti Krım körpüsünün dayaqlarını partlatmağa cəhd edib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlar Krım körpüsünə üçüncü…
Bakı-Sumqayıt qatarlarından istifadə edənlərin DİQQƏTİNƏ!

Bakı-Sumqayıt qatarlarından istifadə edənlərin DİQQƏTİNƏ!

Qurban bayramı ilə əlaqədar istirahət günü elan edilmiş 6, 7 və 9 iyun tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti həftənin…
Metroda gedişhaqqı ilə bağlı YENİLİK

Metroda gedişhaqqı ilə bağlı YENİLİK

“Metro ödənişlərinin “Google Pay”, “Apple Pay” və digər elektron cüzdanlarla inteqrasiyası planlaşdırılır”. Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai…
Rusiyadakı azərbaycanlı miqrantlara BÖYÜK ZƏRBƏ – “Geri qayıdacaqlar”

Rusiyadakı azərbaycanlı miqrantlara BÖYÜK ZƏRBƏ – “Geri qayıdacaqlar”

Xəbər verdiyimiz kimi, Rusiya ərazisinə daxil olan əmək miqrantlarının depozit qoymağa məcbur edilməsi təklif olunur. Bu təklif qəbul olunarsa, azərbaycanlı…
Əhaliyə bayram günləri ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – Bunu etsəniz…

Əhaliyə bayram günləri ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – Bunu…

Qurban bayramında süfrələrdə aparıcı yer tutan qırmızı ət, mütəxəssislərin fikrincə, bilincsiz şəkildə istehlak edildikdə sağlamlıq problemlərinə səbəb ola bilər. Musavat.com bildirir ki,…
8 yaşlı qızı zorladıqdan sonra öldürməklə hədələyib – Azərbaycanda DƏHŞƏT

8 yaşlı qızı zorladıqdan sonra öldürməklə hədələyib – Azərbaycanda…

8 yaşlı qızın köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı zor tətbiq edib, onunla təbii yolla cinsi əlaqədə olaraq zorlayan şəxs…
DTX-nin həbs etdiyi hakerə hökm oxundu

DTX-nin həbs etdiyi hakerə hökm oxundu

“ZeroMap” MMC-nin yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etmə ittihamı ilə həbs edilmiş icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə…