• 16.04.2025 13:36

Fərhad Əhmədovun lüks maşınlarına həbs qoyuldu – Siyahı+ Foto

Fərhad Əhmədovun lüks maşınlarına həbs qoyuldu – Siyahı+ Foto

Milyarder iş adamı, “Aznar” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sahibi Fərhad Əhmədova məxsus xidməti avtomobil və onun şirkətinin qeydiyyatında olan bir sıra milyonluq avtomobillərə həbs qoyulub.

Proses.az-ın Qaynarinfo-ya istinadən verdiyi məlumata görə, buna səbəb cəmiyyətin əsas səhmdarı Fərhad Teymur oğlu Əhmədova məxsus və onun tək təsisçiliyi ilə yaradılmış “Baku Kaspian Real İsteyts Limited” MMC-nin milyonlarla manatlıq borc öhdəliklərini yerinə yetirə bilməməsidir.

Bakı Kommersiya Məhkəməsinin qərarı ilə şirkətin adında olan avtomobillərə həbs qoyulub və onların axtarışı elan edilib. Səbail Rayon İcra Şöbəsinin icra məmuru Tural Aşurov həmin avtomobillərlə bağlı axtarış elan edib.

Həbs qoyulan nəqliyyat vasitələri aşağıdakılardır:

– 10-AZ-708 dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı Range Rover Vogue;

– AA dövlət qeydiyyat nişanlı, 2016-cı il buraxılışlı Mercedes-Benz S500 Maybach;

– AZ dövlət qeydiyyat nişanlı, 2003-cü il buraxılışlı Maybach 62;

– AF dövlət qeydiyyat nişanlı, 1954-cü il buraxılışlı ZİM 12;

– AD dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı Range Rover;

– 90-AA-988 dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı Mercedes-Benz G63 Brabus;

– AD dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı Rolls-Royce Cullinan;

– AF dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı Porsche Cayenne Turbo;

– AL dövlət qeydiyyat nişanlı, 2019-cu il buraxılışlı Harley Davidson motosiklet;

– 99-B-709 dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı Mercedes S500;

– AA dövlət qeydiyyat nişanlı, 1980-ci il buraxılışlı QAZ-13 “Çayka”;

– AE dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı Porsche Panamera Turbo;

– AS dövlət qeydiyyat nişanlı digər nəqliyyat vasitələri.

Qeyd olunan avtomobillərin əksəriyyəti saxlanılaraq Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına yerləşdirilib.

Fərhad Əhmədovun nümayəndəsi, “Baku Kaspian Real İsteyts Limited” MMC-yə məxsus bir neçə avtomobilin üzərindən həbsi götürmək üçün Səbail Rayon Məhkəməsinə müraciət edib.

Müraciətdə bildirilib ki, şirkətin hüquqi və faktiki ünvanı Göyçay şəhərində yerləşir və avtomobillərin üzərinə qoyulan həbs və onların cərimə meydançasına yerləşdirilməsi nəticəsində MMC-nin fəaliyyəti iflic vəziyyətə düşüb. Həmçinin qeyd edilib ki, borclu şirkətin balansında olan daşınmaz əmlakların dəyəri borcu ödəmək üçün kifayət edir.

Məhkəmə Fərhad Əhmədovun nümayəndəsinin iddiasını qismən təmin edib və borcun ödənilməsi üçün əlavə vaxt verilib. Bununla da yuxarıda adı çəkilən avtomobillərin əksəriyyətinin üzərindən həbs qərarı götürülüb.

DİGƏR XƏBƏRLƏR

Efirdə DAVA: “Sözlərimi Qumrala yox, Kamil Zeynallıya eşitdirirdim” – VİDEO

Efirdə DAVA: “Sözlərimi Qumrala yox, Kamil Zeynallıya eşitdirirdim” –…

Müğənnilər Qumral və Kəmalə Nəsibova arasında qalmaqal pik həddə çatıb. Canlı yayıma zəng edən xanəndə müğənniyə ağzından çıxanı deyib. Hər…
16 yaşlı qızı öldürüb Kürə atdılar – 21 yaşlı sevgilisi saxlanıldı

16 yaşlı qızı öldürüb Kürə atdılar – 21 yaşlı…

Sabirabadda qətl hadisəsi baş verib. Proses.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Güdəcühür kəndində qeydə alınıb. Şirvan şəhər sakini…
Qopan qulağı 34 saat sonra yerinə tikildi – Foto

Qopan qulağı 34 saat sonra yerinə tikildi – Foto

Bakıda kişinin qopan qulağı 34 saat sonra yerinə tikilib. Bu barədə həkim-cərrah Dilqəm Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Qopan…
“Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ…

“Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ…

Bakının Nərimanov rayonunda yerləşən məşhur “Şəki” restoranının sökülməsi səbəbindən sahibinə külli miqdarda kompensasiya verilib. Ərazidə yol infrastruktunun yenidən qurulması səbəbindən…
Qurban Qurbanovun qızının sevinci marağa səbəb oldu – VİDEO

Qurban Qurbanovun qızının sevinci marağa səbəb oldu – VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının bu mövsümünün qalibi də Ağdamın “Qarabağ” klubu olub. Kubokun təqdimetmə mərasimindən sonra maraqlı görüntülər qeydə…
BİABIRÇILIQ: canlı efirdə uşağın atası olmadığını öyrəndi – VİDEO

BİABIRÇILIQ: canlı efirdə uşağın atası olmadığını öyrəndi – VİDEO

“Bizimləsən” verilişində ailə qalmaqalları ilə seçilən Əkbər Pərvin cütlüyündən xəbər var. Ərin uşağın onun olmadığ iddiası ilə etdirdiyi “Dnt” testinin cavabı açıqlanıb. Məlum olub…
Rüfətin geyimini lağa qoydular – FOTO

Rüfətin geyimini lağa qoydular – FOTO

Müğənni Rüfət Axundov fərqli tərzi ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, efirlərin birində qonaq olan sənətçinin kombini müzakirələrə səbəb olub. Sosial…
Elgünün dostları və qohumları da dindirilib – RƏSMİ

Elgünün dostları və qohumları da dindirilib – RƏSMİ

Bir neçə gün əvvəl Gəncə şəhərində 11-ci sinif şagirdi Elgün İbrahimov ağır vəziyyətdə Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş yataqxanasında…
İlham Əliyev Macarıstandadır – Fotolar

İlham Əliyev Macarıstandadır – Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfərə gedib. Proses.az xəbər verir…
“Cəhənnəmdə yanacağamsa, sizə nə?!”

“Cəhənnəmdə yanacağamsa, sizə nə?!”

Müğənni Əminə Şirin açıqlamasına görə onu qınayanlara cavab verib. Sənətçinin din və Allah barədə söylədiyi fikirlər birmənalı qarşılanmamışdı. Əminə sosial…
İcra başçıları nə qədər maaş alır? – MƏBLƏĞ

İcra başçıları nə qədər maaş alır? – MƏBLƏĞ

Əhalinin müxtəlif kateqoriyalarının maaş, müavinət və pensiyalarında artımlar və ya onlara əlavələr barədə geniş və açıq məlumat daim yayılsa da,…
Bakının mərkəzində söküntü başlayır – Bu qədər kompensasiya ödənəcək

Bakının mərkəzində söküntü başlayır – Bu qədər kompensasiya ödənəcək

Bakının mərkəzində yeni söküntü başlayır, yerində park salınacaq. Proses.az “Teleqraf”a istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonunda, Təzə Pir məscidinin…
ŞAD XƏBƏR! Pensiyalar bu tarixdə TAM ÖDƏNİLƏCƏK

ŞAD XƏBƏR! Pensiyalar bu tarixdə TAM ÖDƏNİLƏCƏK

Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının 23-də respublika üzrə bütün pensiya və təqaüdlərin ödənilməsi nəzərdə tutulub. Prosses.az xəbər verir ki,…
Mahir “Nürnberq”dən pula görə ayrılıb? – Klozedən açıqlama

Mahir “Nürnberq”dən pula görə ayrılıb? – Klozedən açıqlama

Almaniyanın “Nürnberq” klubunun çalışdırıcısı Miroslav Kloze komandasından ayrılan Azərbaycan yığmasının üzvü Mahir Emrelidən danışıb. “Qafqazinfo” xəbər verir ki, o, forvardın…
Ronaldu bu tarixdə futboldan gedir

Ronaldu bu tarixdə futboldan gedir

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu karyerasını bitirməyə hazırlaşır. Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi oyunçu futboldan…