• 21.04.2025 14:34

Qənirə Ataşdan MÜRACİƏT: “Ailəmin təhlükəsizliyindən narahatam”

Qənirə Ataşdan MÜRACİƏT: “Ailəmin təhlükəsizliyindən narahatam”

ABŞ-də yaşayan Azərbaycan vətəndaşı, jurnalist Qənirə Ataş İnsan haqları üzrə Monitor Qrupunun üzvlərinə müraciət edib.

Proses.az lent.az-a istinadən xəbər verir ki, o, özünün və ailəsinin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq keçirdiyini bildirib.

“Bir müddət əvvəl Azərbaycanda tibbi təhsili və ixtisası olmayan şəxslərin vətəndaşlara qanunsuz tibbi müdaxiləsi ilə bağlı jurnalist araşdırmaları aparırdım. Bu araşdırmalar zamanı Gəncə şəhərində liposaksiya əməliyyatından sonra dünyasını dəyişən gənc xanım Gülbəniz Bayramovanın ölüm işi ilə qarşılaşdım. Topladığım sübutlara əsasən məlum oldu ki, əməliyyatı “VMR estetik klinikası”nda heç bir tibbi təhsili olmayan Gülsüm Əliyeva həyata keçirmişdir.

Araşdırmalarımı Azərbaycan hüquq-mühafizə orqanlarına və Səhiyyə Nazirliyinə təqdim etdikdən sonra, Gülsüm Əliyevanın qeyri-rəsmi nikah münasibətində olduğu Vüsal Həsənov tərəfindən davamlı təhdid və təhqirlərə məruz qaldım. Sosial mediada mərhum valideynlərimi təhqir edən, övladlarımın şəkillərini montajlayaraq böhtan xarakterli videolar hazırlayan, mənim barəmdə yalan və iftira dolu materiallar yayan paylaşımlar etmişdir. Bu hallar barədə Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etmişəm və bəzi videoların silinməsinə nail olunmuşdur. Lakin təhdidlər davam edir”.

Jurnalist müraciətdə bildirib ki, Vüsal Həsənov Gülbəniz Bayramovanın valideynləri ilə razılıq əldə etdiyini bildirərək, həmin şəxslər vasitəsilə ona və ABŞ-da yaşayan oğluna yenidən ölüm hədələri ünvanlayıb:

“Təəssüf ki, bu cür davranışlar təkcə mənə qarşı deyil. Azərbaycanda bir çox qadınlar da eyni şəxsin şantaj və təhdidlərinə məruz qalmış, o cümlədən tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının qızı Sara xanım da bu davranışlarla üz-üzə qalmışdır. Rus icmasından Zarina Minakovskaya bu dəqiqə təhdidlə üz-üzədir.

Bu gün isə Vüsal Həsənov sosial mediada haqqımda əxlaqsızlıq iddiaları ilə yeni videolar paylaşır və şər-böhtan kampaniyasını davam etdirir. Mən artıq özümün və Azərbaycanda yaşayan qohumlarımın həyatı üçün real təhlükə hiss edirəm. O bütün çıxışlarında özünü “dövlətin adamı” kimi təqdim edərək insanları şantaj edir”.

“Azərbaycan qadını və jurnalist olaraq sizdən xahiş edirəm ki, bu çirkli təhdidlərə qarşı hüquqi və ictimai dəstəyinizi göstərəsiniz. Təhqir və təhdid olunan qadınların bu şəxsin təzyiqlərindən azad olunması üçün atacağınız hər bir addıma görə sizə əvvəlcədən təşəkkür edirəm”. – deyə, o, müraciətində qeyd edib.

Qarşı tərəfin də açıqlaması təqdim ediləcək.

DİGƏR XƏBƏRLƏR

“Salyanski kazarma”nın sabiq xidmət rəisi həbs edildi

“Salyanski kazarma”nın sabiq xidmət rəisi həbs edildi

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Şahin Quliyev həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə,…
Ceyhun həyat yoldaşını xilas etmək istəyərkən ölüb…

Ceyhun həyat yoldaşını xilas etmək istəyərkən ölüb…

ABŞ-nin Florida ştatının Mayami şəhərində həmyerlimiz Ceyhun Sadibəylinin öldüyü hadisə ilə bağlı bəzi detallar üzə çıxıb. Yaxınlarının bildirdiyinə görə, əslən Yardımlı rayonundan…
İlham Əliyevlə Ərdoğanın səmimi görüşü – VİDEO

İlham Əliyevlə Ərdoğanın səmimi görüşü – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası keçirilir. Proses.az xəbər…
“İlham Əliyev tarixə düşəcək” – Ərdoğan

“İlham Əliyev tarixə düşəcək” – Ərdoğan

“Azərbaycan Prezidenti İlham Əliyevin bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcəyinə əminəm”. Proses.az “Report”a istinadən xəbər verir ki, bu barədə…
“Beşiktaş” prezidentinin oğlunun 20 milyonluq “Ferrari”si kül oldu – FOTO

“Beşiktaş” prezidentinin oğlunun 20 milyonluq “Ferrari”si kül oldu –…

“Beşiktaş” klubunun prezidenti Serdal Adalının oğlu Celal Alaz Adalı “Ferrari”si ilə hərəkətdə olarkən mühərrik hissəsində anidən yanğın olub. Milli.Az Türkiyə…
Hakimləri söyən Amit Quluzadəyə ağır cəza

Hakimləri söyən Amit Quluzadəyə ağır cəza

AFFA İntizam Komitəsi 1-ci liqada mübarizə aparan “Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadəni sərt cəzalandırıb. Proses.az xəbər verir ki, bu…
“9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək”

“9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək”

“Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək”. Proses.az xəbər verir ki, bu…
Saleh Səmədovun yerinə müavini təyin olundu

Saleh Səmədovun yerinə müavini təyin olundu

İmişli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Ağsaqqallar Şurasının növbədənkənar iclası keçirilib. Şuradan “Unikal”a bildirilib ki, yığıncaqda açıq səsvermə yolu ilə…
Azərbaycanda əsassız varlanma ilə bağlı – Mühüm qərar

Azərbaycanda əsassız varlanma ilə bağlı – Mühüm qərar

Ali Məhkəmənin Mülki kollegiyası əsassız varlanma ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Proses.az Ali Məhkəməyə istinadən…
İlham Əliyevdən Qərbi azərbaycanlılarla bağlı MÜHÜM AÇIQLAMA

İlham Əliyevdən Qərbi azərbaycanlılarla bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan Qərbi azərbaycanlıların nə vaxt və hansı şərtlərlə öz dədə-baba yurdlarına dönə bilmələri ilə bağlı aydın mövqe ifadə etməlidir. Proses.az xəbər…
Rusiyada azərbaycanlı gözəllik salonuna girərək keçmiş arvadını döydü – ANBAAN GÖRÜNTÜ

Rusiyada azərbaycanlı gözəllik salonuna girərək keçmiş arvadını döydü –…

Rusiyanın Nijnevartovsk sakini Anastasiya İ. bir neçə aydır keçmiş əri tərəfindən təqib olunduğunu bildirib. BAKU.WS xəbər verir ki, bu barədə o,…
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı RƏSMİ AÇIQLAMA

Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə naməlum qadının digər şəxsə qarşı qeyri-adekvat hərəkətlərini əks etdirən görüntüləri yayılıb. Proses.az xəbər verir ki, bu görüntülər polis…
Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Bakıda və Abşeron yarımadasında mayın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Proses.az-a…
Yeni təyin edilən nazir kimdir? – DOSYE

Yeni təyin edilən nazir kimdir? – DOSYE

Rafail Quliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib. Yeni təyin edilən nazirin dosyesini təqdim edirik. O, 1967-ci ildə…
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? – FAKTLAR

Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? – FAKTLAR

Xocasən Sağlamlıq Mərkəzinin sabiq direktoru Əliyar Məmmədovun barəsində olan hökmdən verilmiş kasasiya şikayətinə baxılıb. Teleqraf-ın əldə etdiyi xəbərə görə, Ali…