• 24.04.2025 11:10

SOS!: Bu toyuqları almayın! Görün nə yedizdirilir

SOS!: Bu toyuqları almayın! Görün nə yedizdirilir

Həkim deyir ki, küçədə satılan toyuqlar təhlükə mənbəyidir; qida mütəxəssisi: “4-6 aya yetişdirilməli toyuqlar 6-7 həftəyə 2 kiloqrama çatdırılır…”

Bazarlarda, metro çıxışlarında kənd toyuğu adı altında satılan məhsulların sayı artıb. İnsanların əksəriyyəti daha baha olsa da, bu məhsulu almağa üstünlük verir. Lakin son dövrlərdə işbazlar bu sahədə də alıcıları aldadırlar, kənd toyuğu adı ilə insanlara broyler toyuqları satırlar.

Bəs vətəndaşlar aldanmamaq üçün nələrə diqqət etməlidirlər? Qida təhlükəsizliyi eksperti İlkin Şirinov “Kaspi”yə  bildirib ki, broyler toyuqlarının qidalanmasında kimyəvi qatqılı xüsusi kökəldici yemlərdən istifadə olunur.

Ekspertin fikrincə, belə halların qarşısının alınması üçün xüsusi mexanizm olmalıdır ki, insanlar işbazların qurbanına çevrilməsinlər.

Eyyub Hüseynov koronavirusa yoluxdu - Oxu.az

Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, toyuqlar əsasən üç cür şəraitdə yetişdirilir: “Birincisi tam azaddır. Səhər hindən buraxılır, bir də axşam hinə doldurulur. Onlar buğda və arpa yarması ilə də qidalanırlar. İkincisi yarımazad toyuqlardır. Onlar hasar daxilində olsalar da, açıq havada olurlar. Onlara həm broylerlərin, həm də azad toyuqların yediyi yemlər verilir.  Üçüncü isə tam qapalı şəraitdə saxlanılan broyler toyuqlarıdır. Onları tez yetişdirmək üçün müxtəlif vasitələrdən istifadə edilir. Broyler toyuqlarına antibiotiklər, hormonal dərmanlar verilir. Onlar da insan orqanizmi üçün zərərlidir”.

Hər gün belə toyuqlardan yemək sağlamlıq üçün nə dərəcədə təhlükəlidir?

 Nəsimi Qasımov

Həkim-onkoloq Nəsimi Qasımov bizimlə söhbətdə deyib ki, broyler toyuqlarında gen dəyişmə olduğu təsdiqlənərsə, AQTA bunun satışına icazə verməz: “Həkim kimi yalnız onu deyə bilərəm ki, mağazadan kənar, sanitar baxışdan keçməmiş heç bir ərzaq məhsulunu alıb istehlak etmək tövsiyə olunmur. Mən küçə alverini qətiyyən qəbul etmirəm. Əgər orada həkim nəzarəti yoxdursa, təhlükəlidir. Marketlərdə də bu məhsullar baytar həkimin və AQTA-nın nəzarəti ilə satılmalıdır”.

Məhsəti Hüseynova: Qidalar bizi niyə zəhərləyir? - Sağlam Qida

Məhsəti Hüseynova 

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Yeni Müsavat”a deyib ki, bu gün həm Azərbaycanda, həm də dünyada istənilən ictimai iaşə obyektində daha çox istifadə olunan  broyler toyuqlarıdır: “Burada səbəb kimi ilk növbədə ətin qiymətinin digər ətlərə nisbətən aşağı olmasını göstərsələr də, əslində broyler toyuqlarının xüsusiyyətləri, riskləri, qaydaları, zərərləri ilə bağlı bir çox elmi araşdırmaların nəticəsi, xüsusilə də beynəlxalq elmi araşdırmaların nəticəsi, onun digər qidalara görə və bəzi insanlara daha ciddi risklərinin olması sübut edilib. Burada əsas məsələlərdən biri onların sürətli yetişdirilməsidir. Digər kənd toyuqlarından fərqli olaraq, açıq satılan toyuqlar əgər sağlam böyüdülürsə, vaxtı-vaxtında nəzarət olunursa, hər hansı bir xəstəlik baxımından riski yoxdursa, bunlar daha faydalı hesab olunur.

Lakin broyler toyuqları növünə görə kənd toyuqlarından fərqlənir. Onlar daha çox sürətli böyümək üçün və eyni zamanda alınma sortlar da olur ki, bu sortların yetişdirilməsi  6-7 həftə ərzində, bəzən 1 kq 800 və yaxud da 2 kq yarım çəkiyə çatdırılır. Ancaq bu çəkini normal kənd toyuqları 4-6 aya ala bilər. Digər məqam. Broyler toyuqlarında antibiotik müalicəsi aparılır ki, bu onların bir çox xəstəliklərə qarşı qorunmasına, davamlılığın yaranmasına görə mütləq şəkildə istifadə olunur və əgər istifadə olunmazsa, o zaman bir fermada saxlanılan bütün toyuqlar zərər görə bilər. Ona görə antibiotikin yemlərdə, hətta sularda da istifadəsi məcburidir.

Tez bir zamanda böyüdüyünə görə broyler toyuqlarında yağ və zülal tərkibi kənd toyuğuna nisbətən daha yüksək olur və ona görə də zülal keyfiyyəti oxşar olsa da, lakin dadına görə kənd toyuğundan fərqlidir”.

Ekspert qeyd edir ki, bütün bu amilləri nəzərə alaraq mütəmadi olaraq broyler toyuqları qəbul edən insanlar diqqət etməlidir: “Burada əsasən 1-5 yaşında olan uşaqlar, eyni zamanda yeniyetmələr,  25 yaşa qədər olan orqanizm davamlı olaraq inkişaf etdiyinə görə, onlar daha çox vitamin və minerallarla, makro və mikro elementlərlə zəngin qidaları qəbul etməlidirlər. Onlar gün ərzində deyil, həftədə bir dəfə 100-120 qram şəklində broyler toyuğu qəbul edə bilərlər və bu, ayda 4 dəfəni keçməmək şərtilə olmalıdır.

İstər kənd toyuğu, istər broyler toyuğu alarkən, etibarlı yerdən, mənşəyi bəlli olan yerdən alınmalıdır. Saxlanılmasında, kəsilməsində, satışa təqdim olunmasında bütün sanitar-gigiyena normalarına, qaydalarına əməl olunmalıdır. Qoxusunun, rənginin dəyişməməsinə diqqət etmək lazımdır. Əgər hər hansı bir dəyişiklik varsa, rəngində tündlük varsa, qoxusunda xoşa gəlməzlik varsa, həmin məhsulu istifadə etmək olmaz, çünki bu məhsul artıq xarab olmuş sayılır. Toyuq əti daha tez xarab olmağa meylli olduğuna görə mütləq alarkən və saxlayarkən, bişirilərkən də donunun bir dəfə açılıb istifadə olunmasına diqqət olunmalıdır və bir dəfə bişirilən qida həmin vaxtda da istehlak olunmalıdır. Bu da onun tərkibində mikroorqanizmlərin sürətlə çoxalması nəticəsində tərkibin dəyişməsi və qida zəhərlənməsinə səbəb ola bilər.

Bir çox hallarda pəhrizdə olan insanlara, arıqlamaq istəyənlərə daha çox toyuğun döş əti tövsiyə edilir, burada diqqət ediləcək məqam yenə də miqdarı keçməməkdir. Çünki əgər kilo vermək üçün zülal tərkibli olaraq istifadə olunursa, bu zaman onun yanında mütləq tərəvəzlər, dənli bitkilər, paxlalı qidalar olmalıdır. Əks halda, çox miqdarda bu ətdən istifadə etmək vitamin-mineral çatışmazlığına gətirib çıxaracaq, eləcə də sağlamlıq üçün bir çox fəsadlar törədə bilər”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…