• 25.04.2025 16:30

Əvəz Zeynallı azadlığa buraxıldı

Əvəz Zeynallı azadlığa buraxıldı

“Xural” Media Qrupunun rəhbəri, hazırda həbsdə saxlanılan jurnalist Əvəz Zeynallının səhhəti ilə bağlı azadlığa buraxılması üçün keçirilən məhkəmə iclası başa çatıb.

Musavat.com xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə baxılıb.

Hakim Nigar Qədirli xərçəng xəstəliyindən əziyyət çəkən məhkumun həbsdə qalmasını hüquqi baxımdan düzgün hesab etməyib.
Qərara əsasən, Əvəz Zeynallı cəzasının çəkilməmiş hissəsindən azad edilib. O, saxlanıldığı cəzaçəkmə müəssisəsindən dərhal azad ediləcək.

Qeyd edim ki, Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 311.3.4 və 312-1.1 -ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmdən verilmiş şikayəti təmin etməyib.

Kassasiya şikayətinə əsasən isə Ali Məhkəmə ona qarşı irəli sürülmüş ittihamdan Qasımov Şahbaz Əli oğlundan 8.000 (səkkiz min) manat məbləğində rüşvət almasına dair epizodun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsinin xaric edilməsi, həmçinin cəzasının 2 ay azaldılması barədə qərar verib.

Hazırda Əvəz Zeynallı yalnız üç maddə – 311.3.3, 311.3.4, 312-1.1 maddələri ilə təqsirli bilinir.

Xatırladaq ki, Əvəz Zeynallının səhhətinə görə azadlığa buraxılması üçün bir qrup hüquq müdafiəçisi, jurnalistlər prezident İlham Əliyevə müraciət etmişdilər.

Onun həyat yoldaşı Məlahət Zeynalovanın sözlərinə görə bir müddət əvvəl Əvəz Zeynallının sağlamlıq durumu ilə bağlı narahatlıqlar yaranıb, müvafiq müayinələr aparılıb və nəticədə onda onkoloji xəstəlik aşkarlanıb. Bağırsaqda aşkarlanan bədxassəli şiş artıq qaraciyərə metastaz verib. Hazırda Ə. Zeynallının kimyəvi terapiya müalicəsinə başlanılması planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Sabah Bakıda leysan yağacaq, şimşək çağacaq – XƏBƏRDARLIQ

Sabah Bakıda leysan yağacaq, şimşək çağacaq – XƏBƏRDARLIQ

Bakı və Abşeron yarımadasında iyunun 6-sı səhərdən 7-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Proses.az xəbər verir ki, bu barədə Milli…
Ərdoğan Paşinyanla telefonla danışdı

Ərdoğan Paşinyanla telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Bu barədə məlumatı Ermənistanın Nazirlər…
Nazirlik rəqs edən həkimlə bağlı ARAŞDIRMAYA BAŞLADI – RƏSMİ

Nazirlik rəqs edən həkimlə bağlı ARAŞDIRMAYA BAŞLADI – RƏSMİ

Sosial şəbəkələrdə mammoloq-radioloq Günel Qəmbərovanın rəqs etdikdən sonra müəyyən tibbi prosedurlar həyata keçirdiyinə dair görüntülər yayılıb. Maraqlıdır, bəs, həkimin bu…
Lerikdəki qətllə bağlı ŞOK DETALLAR – RƏSMİ

Lerikdəki qətllə bağlı ŞOK DETALLAR – RƏSMİ

Lerik Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə fəaliyyəti nəticəsində mayın 31-də itkin düşmüş Lerik şəhər sakini, 1990-cı il təvəllüdlü…
Azərbaycanda zorakılığa məruz qalan 74 yaşlı qadın öldü – saxlanılan var

Azərbaycanda zorakılığa məruz qalan 74 yaşlı qadın öldü –…

Gədəbəydə 74 yaşlı qadına qarşı törədilmiş zorakılıq və quldurluq cinayəti üzrə bir nəfər saxlanılıb. Proses.az xəbər verir ki, bu barədə…
Məşhur müğənni sərxoş vəziyyətdə saxlanıldı – Sürücülük vəsiqəsi əlindən alındı

Məşhur müğənni sərxoş vəziyyətdə saxlanıldı – Sürücülük vəsiqəsi əlindən…

Türkiyədə yol polisinin Beşiktaşda keçirdiyi reyd zamanı müğənni Fatma Turqutun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi ortaya çıxıb. BAKU.WS xəbər verir…
Bu xəstəxanaya baş həkim TƏYİN OLUNDU

Bu xəstəxanaya baş həkim TƏYİN OLUNDU

Sultan Mirzəliyev Babək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub. Proses.az “Report”a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası səhiyyə…
Nazirlik əməkdaşı iş başında FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Nazirlik əməkdaşı iş başında FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı anbar soyuducusunun müayinəsi zamanı faciəli şəkildə ölüb. Proses.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Biləsuvar rayonunun…
İzləyicisinə “Yox” cavabı verən “Tiktoker” ÖLDÜRÜLDÜ

İzləyicisinə “Yox” cavabı verən “Tiktoker” ÖLDÜRÜLDÜ

Pakistanda 17 yaşlı TikTok fenomeni Sana Yousaf uzun müddət onu narahat edən şəxs tərəfindən öldürülüb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir…
Bayram günü hava necə olacaq?

Bayram günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyunun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Proses.az…
İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Proses.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı müqəddəs Qurban…
Türk iş adamının Azərbaycandakı 34 milyonluq şirkəti bağlanır

Türk iş adamının Azərbaycandakı 34 milyonluq şirkəti bağlanır

Ötən il Azərbaycanda 34 milyon manat nizamnamə kapitalı ilə təsis edilmiş “Mach Havacılık” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunur. Bu barədə…
Qətlə görə həbs edilən qazi ilə bağlı yeni detallar – FOTO

Qətlə görə həbs edilən qazi ilə bağlı yeni detallar…

Xəbər verdiyimiz kimi, Lerikdə bir neçə gün əvvəl itkin düşən və meyiti çay dərəsindən tapılan 35 yaşlı Şahin Musa oğlu Şərifovun…
Vəzifədə olarkən ölən məmurlar – Virus, dəm qazı, qəza…

Vəzifədə olarkən ölən məmurlar – Virus, dəm qazı, qəza…

İstər ölkəmizdə, istərsə də dünyada vəzifəli şəxslərin həyatı hər zaman diqqət mərkəzində olub – onların uğurları, istefaları, şəxsi seçimləri və…
22 yaşlı çinli qız Bakıda 4 aya 400 avtomobil satdı – VİDEO

22 yaşlı çinli qız Bakıda 4 aya 400 avtomobil…

Bakıya gələn çinli qız addımmı ilə marağa səbəb olub. Li Şi Jia Azərbaycana 4 aydır gəlməsinə baxmayaraq 400 avtomobil satıb.…