• 28.05.2025 16:27

28 Mayın iki üzü: Laçında dövlətçilik nümayişi, Novxanıda simvolik təslimçilik

28 Mayın iki üzü: Laçında dövlətçilik nümayişi, Novxanıda simvolik təslimçilik

28 May Azərbaycan tarixində təkcə bir dövlətin yaradılma günü deyil, milli iradənin, azadlıq istəyinin və müstəqil dövlətçilik düşüncəsinin doğum günüdür.

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin – ilk dünyəvi, parlamentli, müsəlman Şərqində yaranmış demokratik respublikanın yaranmasından 107 il ötür. Hər il olduğu kimi, bu il də 28 May ölkədə geniş şəkildə qeyd olundu. Amma bu il bu əlamətdar tarix iki fərqli səhnədə – iki fərqli məna və mövqelə bürünmüş şəkildə təqdim edildi.

Bir tərəfdə Laçın vardı. Qarabağın azad edilmiş müqəddəs torpaqlarından biri. Prezident İlham Əliyevin Müstəqillik Gününü məhz Laçında – Azərbaycan tarixinin qürur simvollarından birində qeyd etməsi sadə təsadüf deyil. Bu, həm də simvolik və strateji seçimdir.

ZİRVA SON.jpg (64 KB)

Müstəqilliyin anlamı bu gün ərazi bütövlüyü, milli suverenlik və beynəlxalq müttəfiqliklə ölçülür. Prezidentin yanında qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və dost Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif var. Bu üç liderin birlikdə Laçında bayram etməsi bir çox mesajların daşıyıcısı oldu:

– Azərbaycanın beynəlxalq nüfuzu və güvənilən tərəfdaş olma statusu,

– Türkiyə və Pakistan kimi güclü ölkələrin Azərbaycanın yanında olması,

– postmüharibə reallığında yeni güc balansının mərkəzində Azərbaycanın dayanması və sülhə hazır, amma prinsipial mövqedə olan dövlətin liderliyi.

Prezident İlham Əliyev bu addımı ilə göstərdi ki, 28 May yalnız keçmişin xatirəsi deyil, həm də bu günün və sabahın yol xəritəsidir. O, bayrağı Laçında – illərlə düşmən tapdağında olmuş bir yerdə ucaltdı və Azərbaycan xalqının azadlıq ruhunu konkret məkan, konkret hadisə ilə simvolizə etdi.

PAKİS SON.jpg (121 KB)

Lakin eyni gündə fərqli bir məkanda – Novxanıda, Məhəmməd Əmin Rəsulzadənin heykəli qarşısında baş verənlər təəssüf və təəccüb doğurur. Özünü “xalqın müxalifəti” adlandıran bir qrup tərəfindən təşkil olunan ziyarət mərasimində Azərbaycan bayrağı əvəzinə Avropa İttifaqının bayrağının qaldırılması təkcə bir simvolik jest deyil, həm də onların ideoloji kimliyini ortaya qoyan ciddi mesajdır.

MUHAM.jpeg (77 KB)

Bu, göstərir ki, bu insanlar xaricdən gələn siyasi rüzgarların daşıyıcılarıdır. Onlar üçün milli bayraq simvol yox, dəyişdirilə bilən bir atributdur. Bu isə milli suverenliyə və müstəqil siyasi mövqeyə açıq şəkildə hörmətsizlikdir. Bu mənzərə onların heç zaman xalqın dəstəyinə arxalanmadıqlarının, öz fəaliyyətlərini daim xarici dairələrdən alınan siyasi və maliyyə impulsları ilə yönləndirdiklərinin göstəricisidir. Kimlərinsə siyasi “layihəsi” olmaq, milli maraqlara deyil, xarici tapşırıqlara xidmət etmək onların illərdir dəyişməyən kimliyidir.

MUHAM SON .png (262 KB)

Azərbaycan xalqı isə bu fərqi çox yaxşı görür. Müstəqillik bayramında Laçında bayraq qaldıranlarla, Novxanıda Avropa bayrağının arxasında gizlənənlər arasındakı fərq göz qabağındadır. Xalq 30 illik çətinlikdən, müharibələrdən, işğaldan, diplomatik savaşlardan keçərək bu günkü gücə çatıb. Bu gün Azərbaycan artıq beynəlxalq hüquqda tanınan sərhədlərini real güclə bərpa etmiş, müstəqil qərarlar verən, öz yolunu özü müəyyənləşdirən dövlətdir.

İLHAM ESGER.jpg (246 KB)

Bayraq – bu dövlətin kimliyidir. O bayrağı hansı məkanda, kiminlə və necə qaldırdığın isə mövqeyini göstərir. Rəsulzadənin məşhur fikridir: “Bir kərə yüksələn bayraq bir daha enməz”.

Bu bayraq bu gün Şuşada, Laçında, Füzulidə, Ağdamda və Zəngilanda dalğalanır. Bu bayraq Azərbaycan xalqının bayrağıdır. Bu bayrağın yerinə hər hansı başqa bir simvolun qaldırılması – istər daxili hesabla, istərsə də xarici direktivlə edilsin – milli yaddaş və şüur qarşısında cavabsız qalmayacaq.

Azərbaycan xalqı seçim edib – onun adı sabitlik, inkişaf və dövlətçilikdir. Və bu seçim yalnız Laçında deyil, Azərbaycanın hər yerində ucaldılan üçrəngli bayraqla öz təsdiqini tapır. Xalq kimlərin həqiqətən onunla olduğunu, kimlərin isə kiminsə “piyadası” kimi davrandığını çox yaxşı görür. Bayraqla birlikdə bu xalqın iradəsi də artıq yüksəlib. Onu heç bir süni simvol əvəz edə bilməz.

Əli Rais,
Musavat.com saytının baş redaktoru

DİGƏR XƏBƏRLƏR

Bu qurumda 15 nəfər işdən çıxarıldı – SƏBƏB

Bu qurumda 15 nəfər işdən çıxarıldı – SƏBƏB

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 15 nəfər işdən azad edilib. Bu barədə Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib. Bildirilib ki,…
Yeni təyin edilən sədr kimdir? – DOSYE

Yeni təyin edilən sədr kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib. A.Mursaqulov 1981-ci ildə ildə anadan olub. 2003-cü…
Prezident İlham Əliyev Dövlət Statistika Komitəsinə yeni sədr təyin edib – Sərəncam

Prezident İlham Əliyev Dövlət Statistika Komitəsinə yeni sədr təyin…

Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki,…
Tanınmış cərrahı qətlə yetirən əri barədə QƏRAR…

Tanınmış cərrahı qətlə yetirən əri barədə QƏRAR…

Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı, Türkiyə vətəndaşı Məhəmməd (Muhammet) Gündüzün barəsində olan hökmdən verilən kasassiya…
“Qarabağ” Nərimanın gedişindən nə qədər qazanacaq?

“Qarabağ” Nərimanın gedişindən nə qədər qazanacaq?

“Qarabağ”ın futbolçusu Nəriman Axundzadə karyerasını MLS-in “Kolumbus Kryu” klubunda davam etdirəcək. Ağdam təmsilçisi də bu transferdən pul qazanacaq. MLS klubu…
Milli Məclisdən YENİ QADAĞA – BUNDAN SONRA…

Milli Məclisdən YENİ QADAĞA – BUNDAN SONRA…

Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı genişləndirilir. Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Mülki…
SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…