- 31.05.2025 11:43
“Vaz”la motosiklet toqquşdu – Ölən var
Zaqatala rayonunun Üçüncü Tala kəndi ərazisində “Vaz-2106” və motosiklet toqquşub.
“Qafqazinfo” nun məlumatına görə, hadisə nəticəsində motosikletin 27 yaşlı sürücüsü Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.