- 16.06.2025 12:14
ABŞ təyyarələri kütləvi şəkildə hərəkətə keçdi
Amerika tanker təyyarələri ABŞ bazalarını kütləvi şəkildə tərk edir, ehtimal ki, İran və İsrail arasında döyüşlərə qoşula bilər.
Oxu24.com xəbər verir ki, bu barədə Military Watch Magazine (MWM) məlumat yayıb.
“ABŞ Hərbi Hava Qüvvələri Amerika materikindəki bazalardan KC-135 və KC-46 hava tankerlərinin görünməmiş kütləvi şəkildə Atlantik okeanı boyunca yerləşdirilməsi həyata keçirib və bu, təyyarənin davam edən İsrail-İran müharibəsi üçün nəzərdə tutula biləcəyi ilə bağlı ciddi fərziyyələrə səbəb olub”,-deyə sayt yazır.
Nəşrin versiyasına görə, təyyarələr İsrail qüvvələrinə yanacaq doldurmaq üçün Yaxın Şərqə göndərilib.