- 19.06.2025 11:05
İranın İsrailə atdığı yeni növ raketin düşmə videosu yayıldı
İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə yeni tipli ballistik raket atdığını elan edib.
Oxu24.com xəbər verir ki, İran agentlikləri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən bildirirlər ki, İran ilk dəfə döyüş şəraitində İsrailə qarşı yeni tipli orta mənzilli “Sajil” ballistik raketini atıb.
Sosial şəbəkələrdə İranın atdığı yeni raketin görüntüləri də yayılıb.
İran agentliklərinin məlumatına görə, bu, 2000 kilometrə qədər uçuş məsafəsi olan super ağır, iki mərhələli, bərk yanacaqla işləyən raketdir.
“Times of Israel” qəzetinin yazdığına görə, İranın İsrailə qarşı son hücumu hava hücumundan müdafiə qüvvələri tərəfindən alınan yalnız bir ballistik raketdən ibarət olub; itki olmayıb.
Bundan öncə Putin İran-İsrail müharibəsinə sərt reaksiya vermişdi.