- 25.06.2025 09:50
Almaniya klubu Mahir Emrelinin transferini rəsmən açıqladı – FOTO
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Almaniya təmsilçisi “Kayzerslautern”a transferi rəsmən açıqlanıb.
Bu barədə II Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu yeni komandası ilə 3 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”in heyətində keçirib.
