• 17.07.2025 17:24

Bakı çimərliklərinə ilanların axını nəylə bağlıdır? – Açıqlama

Bakı çimərliklərinə ilanların axını nəylə bağlıdır? – Açıqlama

Son zamanlar sosial şəbəkələrdə Xəzər sahillərində peyda olan ilanlarla bağlı yayılan videogörüntülərin sayı artmaqdadır. Hətta aralarında çox zəhərli gürzə ilanlarınn da olduğunu görürük.

Dənizdə çimərkən insanların əl-qollarına dolaşan və qəfildən qarşısına çıxan bu ilanlar onlarda təşviş, həyacan yaradır. Bu səbəbdən bəzi adamlar çimərliyə getməkdən qorxur.

Proses.az xəbər verir ki, Zoologiya institutunun laboratoriya müdiri Təvəkkül İsgəndərov Qaynarinfo-ya açıqlamasında Bakıya ilanların kütləvi gəlmədiyini bildirib:

“İlanlar həmişə elə həmin ərazilərdə yaşayıb. Sadəcə, biz onları indi görürük. Bakının Xəzərsahili ərazilərinin çox yerlərindən çimərlik kimi istifadə olunur. Bu ərazilərdə dənizin çimərlik hissəsinə bitişik üst hissəsi daşlı-qayalı, kollu-koslu, insan ayağı dəyməyən quru ərazilərdir. Məsələn, Bilgəhdəki çimərliyin üst tərəfi daşlı-qayalı və kol-kos basmış vəhşi bir ərazidir. Bağ salınanda, evlər tikiləndə bu ilanlar təhlükələrdən qaçıb, sakit məkanlara sığınır”.

Şöbə müdiri onların arasında zəhərli levantin gürzələrinin olduğunu diqqətə çatdırıb:

“Bunlar quru ilanlardır. Onların heç birinin dənizlə əlaqəsi yoxdur. Nə qidalamaq, nə də çoxalmaq üçün çimərliyin dəniz olan hissəsinə girmirlər. Yalnız bir halda onlar dənizə girir. Əgər ərazidə maşın saxlayarlarsa, ocaq qalayarlarsa, səs-küy onları narahat edərsə, ərazidə gizlənən ilanlar özünü xilas etmək üçün suya atıla bilərlər. Nəzəri cəhətdən bunlar mümkündür, amma praktik olaraq ilanların kütləvi şəkildə dənizə axın etməsi qeyri-mümkündür. Bu ancaq nadir hallarda ola bilər. İkincisi, çimərlik dediyimiz dəniz sahilində çoxlu qayalıqlar, daşlıqlar, cil yığıntıları, qamışlıqlar var. Belə gizlənməli ərazilərdə su ilanları olur, həta bəzən bu kütləvi hal daşıyır. Su ilanları yumurta qoymaq, bəzən də qidalanmaq üçün həmin yerlərə də çıxırlar”.

Təvəkkül İsgəndərov deyir ki, ərazidə olan ilanlar çox vaxt uzaqdan müşahidə edilir:

“Aktiv çimərlik dövrü başlayanda insanlar daşlı-qayalı yerlərdə balıq tuturlar. Bu hal ilanları narahat edir. Belə narahatlığa məruz qalan su ilanları həmin daşlıq yerlərdən özlərini xilas etmək üçün üzərək başqa bir sahəyə keçməyə çalışırlar. Belə olan vaxtlar biz onları dənizdə də görə bilirik. Həmin vaxt ilanlar çimərlikdə olan adamlara rast gələ bilər. Bu ilanlardan insanlara təhlükə yoxdur. Çimən adam üçün fərq etməz, sadəcə qorxurlar”.

Təvəkkül İsgəndərov bununla bağlı hər hansı tədbir növünün olmadığını vurğulayıb:

“Sadəcə insanlar ehtiyatlı olmalı, eyni zamanda ərazidə sakit hərəkət etməlidirlər”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…