- 30.07.2025 12:08
Astarada 55 yaşlı qadın öldürüldü – 21 yaşlı gəlini tutuldu
Astara rayonunda qadın qətlə yetirilib.
Rayonun 55 yaşlı Kakalos kənd sakini Xalidə Paşa qızı Manafova kəsilmiş-deşilmiş xəsarətlərlə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
X.Manafovanı bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən gəlini 2004-cü il təvəllüdlü Rufanə İmanova saxlanılıb.
Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi hələlik dəqiqləşməyib.
Faktla bağlı araşdırma aparılır.