- 15.08.2025 15:57
Azərbaycan ilk dəfə silahlı insansız kater aldı – Foto
Azərbaycan Türkiyənin “Dearsan” gəmiqayırma zavodunun istehsalı olan SALVO silahlı insansız dəniz gəmisi (kater) alıb.
SALVO silahlı insansız kateri ilk dəfə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) təlimi zamanı görünüb.
İnsansız katerin uzunluğu 14,79 m, eni 3,83 m, maksimal sürəti isə dizel mühərrik seçimindən asılı olaraq 45-60 kts (83 km/saat – 111 km/saat) təşkil edir.
