- 16.08.2025 11:41
62 yaşlı qadın qətlə yetirildi – QAYINI şübhəli bilinir
Cəlilabad rayonunda qətl hadisəsi olub.
Oxu.Az xəbər verir ki, qətl hadisəsi Cəlilabadın Alar kəndində baş verib.
İlkin məlumata əsasən, 62 yaşlı qadın qətlə yetirilib. Onun qətlində qayını şübhəli bilinir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.