- 20.08.2025 12:33
Goranboyda itkin düşən 11-ci sinif şagirdi tapıldı
Goranboyda itkin düşən məktəbli tapılıb.
Proses.az xəbər verir ki, APA-ya bu barədə itkin düşmüş İsayev Ümid Azad oğlunun yaxınları məlumat verib.
Bildirilib ki, məktəbli Bakı şəhərindən tapılıb. Hazırda o, ailəsinin yanındadır.
Qeyd edək ki, rayonun Səfikürd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi İsayev Ümid Azad oğlu avqustun 18-də evdən gedib və bir daha geri qayıtmayıb. Elə həmin gün faktla bağlı polisə məlumat verilib.