- 20.08.2025 14:57
Azərbaycanda saxlanılan kriminal avtoritet Hindistana ekstradisiya EDİLƏCƏK
Azərbaycan yaxın günlərdə Hindistanın Charkhand ştatının ən çox axtarılan cinayətkarlarından biri olan Mayank Sinqhi, tanınmış adıyla Sunal Kumar Mina Hindistana təhvil verəcək.
Musavat.com “The Times of India”ya istinadən xəbər verir ki, o, 2024-cü ilin oktyabrında Hindistan hakimiyyətinin tələbi ilə Bakıda saxlanılıb.
Bakı məhkəməsində aparılan araşdırmalardan sonra onun ekstradisiyası barədə qərar qəbul edilib.
Mayank Sinqh Charkhand əyalətində qəsb, qətl və digər ağır cinayətlərdə adı hallanan Aman Sahoo bandasının əsas üzvüdür. O, həmçinin qanqster Lourens Bişnoi ilə əlaqələrdə ittiham olunur və beynəlxalq zənglər vasitəsilə cinayət əməliyyatlarını təşkil etməkdə günahlandırılır.
Charkhand Antiterror Qrupunun komandası Rishav Kumar Jhanın rəhbərliyi ilə Mayank Sinqhi Hindistana aparmaq üçün 22 avqust 2025-ci il tarixində Bakıya yola düşəcək.
Bu, Charkhand polisinin tarixində xaricdən ekstradisiya olunan ilk cinayətkar olacaq.