- 20.08.2025 16:45
Sabiq icra başçısının yüksək rütbəli oğlu vəfat etdi – FOTO
Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Bağırovun oğlu Xalid Bağırov vəfat edib.
Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.
Bildirilib ki, polkovnik X.Bağırov ötən gün 45 yaşında dünyasını dəyişib. Onun vəfat səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Tofiq Bağırov 1993-2002-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
