• 28.08.2025 18:16

Azərbaycanda ŞOK HADİSƏ: İt ilə üstü açılan dəhşətli qətl – 75 yaşlı pensiyaçını öldürüb…

Azərbaycanda ŞOK HADİSƏ: İt ilə üstü açılan dəhşətli qətl – 75 yaşlı pensiyaçını öldürüb…

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə Şərur rayon Oğlanqala kənd sakini 1950-ci il təvəllüdlü Zeynəb İsmayılovanın qətli ilə bağlı araşdırmalar davam edir.

Musavat.com xəbər verir ki, hakim qarşısına Zeynəb İsmayılovanın həmkəndliləri, 1986-cı il təvəllüdlü Aypara Əsgərova və 1987-ci il təvəllüdlü  Firuzə Seyidova çıxarılıblar. Hazırda həbsdə olan hər iki qadına qarşı tamah məqsədi ilə qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

Zeynəb İsmayılovanın izi-tozu belə tapılmayıb

Qanlı qətl hadisəsi bu il aprelin 19-da baş verib. Şərurun Oğlanqala  kəndində sakinlər sonuncu dəfə belə qəddar qətlin nə zaman törədildiyini xatırlamırlar. Həmin gün kəndə 1950-ci il təvəllüdlü Zeynəb İsmayılovanın itkin düşməsi xəbəri yayılıb.  Bu barədə Şərur Rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında araşdırmalar başlanıb. Lakin kənddə Zeynəb İsmayılovanın izi-tozu belə tapılmayıb.

İçi pulla dolu torba ilə gəzən zavallı qadın

İlkin araşdırmalar zamanı məlum olub ki, Zeynəb İsmayılova mənzilində tək yaşayıb, imkanları da pis olmayıb. Ona görə də qonum-qonşular ondan tez-tez borc alıblar. Pulqabısı daim boynundan asılı gəzən Zeynəb İsmayılova ondan borc istəyənlərə rahatlıqla borc verirmiş. Pulqabısında 4-5 min manat pul olurmuş. Aypara Əsgərova da bunu bilirmiş. Hadisədən bir neçə gün öncə rəfiqəsi Firuzə Seyidova ilə söhbət edərkən Aypara Əsgərova maddi vəziyyətlərinin çətin olmasından danışıb. 3 min 700 manat borcunun olduğunu deyib. Firuzə Seyidova da maddi durumunun çətinliyindən şikayətlənib.

Qəddar cinayət belə planlaşdırılıb

Söhbət əsnasında Aypara Əsgərova Firuzə Seyidovaya deyib ki, bir müddət əvvəl Zeynəb İsmayılova onlara gəlib. Özündə 8 min manat pul olduğunu, həmin pulu  banka qoymaq niyyətində olduğunu deyib. Onun qayınatasından xahiş edib ki, bu işdə ona kömək etsin. Lakin qayınatası bundan imtina edib. Aypara Əsgərova Zeynəb İsmayılovanın vaxtaşırı onlara gələrək paltaryuyan maşından istifadə etdiyini, növbəti gəlişində onun pullarını əlindən alacağını bildirib.

Qəddar plandan xəbərsiz olan Zeynəb İsmayılovaya aprelin 18-də Aypara Əsgərovanın evinə gəlib, paltarlarını yumaq istədiyini deyib. Aypara Əsgərova isə ona növbəti gün gəlməsini tapşırıb.

Qətl alətləri – ling və dəmir çəkic

Bundan sonra Aypara Əsgərova yaşadığı evdəki alətlər yığılan sandıqdan dəmir lingi və çəkici seçərək paltaryuyan maşının olduğu otaqda gizlədib. Səhəri gün Zeynəb İsmayılova onu gözləyən aqibətdən xəbərsiz Aypara Əsgərovanın mənzilinə gəlib.

Zeynəb İsmayılova paltarlarını maşınına atıb və 1 saatlıq yuma rejiminə qoyub. Paltaryuyan maşının dayanmasına az qalsa da, Aypara Əsgərovanın uşaqları ona qəddar cinayəti törətməyə mane olublar. Buna görə də övladlarını həyətdə topla oynamağa göndərib, daha sonra Firuzə Seyidovanı evinə çağırıb. Zeynəb İsmayılova əyilib paltaryuyan maşından paltarlarını götürərkən arxadan çəkic və linglə başına ardıcıl zərbələr endiriblər. Zavallı qadın aldığı xəsarətlərin təsirindən yerdə xırıldayıb çabalamağa başlayıb. Aypara Əsgərova da evdən qara rəngli yastıq və adyal gətirib, Zeynəb İsmayılovanın ağzına sıxıb, nəfəsini kəsməklə ölümünü tezləşdirib. Bundan sonra Zeynəb İsmayılovanın yaxasına qırmızı lentlə bağladığı torbanı açıb götürüblər.

Həmin vaxt torbanın içində 8 min manat pul, ümumilikdə  3 min manat dəyərində olan 3 dəst qızıl boyunbağı olub. Bundan sonra Zeynəb İsmayilovanın yudurtmaq üçün gətirdiyi paltarları, pul kisəsini, qırmızı lenti və meyitini adyalın içərisinə qoyaraq hamam otağına sürüyüb aparıblar.

Pulları və qızılları böldülər, başı yarılmış cəsədi dərin quyuya atdılar!

Uşaqları meyiti görməsinlər deyə Aypara Əsgərova övladlarını Şərur rayon Qarxun kəndində yaşayan keçmiş ərinin evinə aparıb. Qayıdıb gəldikdən sonra isə Firuzə Seyidovanı evinə çağıran Aypara Əsgərova meyiti gizlətmək üçün hərəkətə keçib, onu həyətində olan su quyusuna atıb.  Zeynəb İsmayılovaya məxsus pulu və qızıl-zinət əşyalarını bölüşdürüblər.

Cinayətin izini itirmək üçünsə müxtəlif söhbətlər yayıblar. Guya Zeynəb İsmayılova digər qonşuları Aytənin evindən çıxdığını, kəndin yuxarı tərəfinə  getdini görüblər. Zeynəb İsmayılovanın itkin düşməsindən sonra hüquq-mühafizə orqanları onun tapılması üçün axtarışa başlayıblar. Bütün qonşuları sorğulayan istintaqçılar öyrəniblər ki, Zeynəb İsmayılova itkin düşən axşam Aypara Əsgərova mağazalara olan 3 min manata qədər borcunu qaytarıb.

Qəddar qətlin üstü it instinkti ilə açılıb

Bu məqam istintaqçıların cinayətin izinə düşməsinə imkan verib. Lakin Aypara Əsgərova Zeynəb İsmayılovanı görmədiyini, onun hara getməsindən məlumatsız olduğunu deyib, bunda israr edib.

Istintaqçılar əraziyə it gətirib, Zeynəb İsmayılovanın evindən götürülən paltarlardan iy götürən it istintaqçıları birbaşa Aypara Əsgərovanın həyətindəki su quyusunun üstünə aparıb. Orada itin dayanıb quyunun qapağına hürməsi  Zeynəb İsmayılovanın orada olması versiyasını nəzərdə keçirməyi zəruri edib.

Aypara tutuldu, Firuzəni ələ verdi

10 metrdən çox dərinliyi olan quyuya Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının köməyi ilə baxış keçirilib. Quyunun dibində qadın meyiti aşkar olunub. Elə həmin gün Aypara Əsgərova saxlanılıb, o, qəddar cinayəti qonşusu Firuzə Seyidova ilə planlaşdırıb həyata keçirdiklərini etiraf edib. Bundan sonra Firuzə Seyidova da saxlanılaraq istintaqa cəlb olunub. Məlum  olub ki, Aypara Əsgərova tutulmazdan 1 gün sonra Türkiyəyə qaçmaq niyyətində olub. Artıq iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Avqustun 29-da iş üzrə məhkəmə prosesi ittiham aktının elan olunması ilə davam etdiriləcək.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…