- 28.08.2025 18:52
Ərdoğanla Zelenski telefonla danışdı
Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
Bu barədə məlumatı Türkiyənin “NTV” portalı yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasındakı münasibətlər, Ukrayna-Rusiya arasındakı sülh prosesi, regional və beynəlxalq məsələləri müzakirə ediblər.