- 01.09.2025 16:04
Bakı-Sumqayıt yolunda “BYD” “Vaz”la toqquşub – Video
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib.
Sumqayıt istiqamətində hərəkətdə olan “BYD” və “Vaz 2107” markalı avtomobillər toqquşub.
Belə ki, Biləcəri qəsəbəsindən magistrala birləşən hissədə nəqliyyat vasitələri bir-birinə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.