- 04.09.2025 13:35
Uşağa işgəncə verən qadın HƏBS EDİLDİ
Bakıda yetkinlik yaşına çatmayan azyaşlının fiziki zorakılığa məruz qalması ilə bağlı ittiham olunan şəxs həbs olunub.
Proses.az xəbər verir ki, 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən Günay Novruzova barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev cinayət işi üzrə Sabunçu Rayon Polis İdarəsində istintaq tədbirlərinin davam etdirildiyini bildirib.
Qeyd edək ki, azyaşlının fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində hazırda təhqiqat araşdırması aparılır.