- 11.09.2025 10:47
Əhaliyə xəbərdarlıq! Bu tarixdən yollar bağlanır — SİYAHI
Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar sentyabrın 15-dən Bakı Şəhər Halqasının (BŞH) əhatə etdiyi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə BŞH-dən məlumat verilib.
Bildirilib ki, sentyabrın 19–21-i aralığında baş tutacaq yarışla bağlı logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 12-də gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşacaq. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın İdarəetmə Planına əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər isə sentyabr ın 15-də, gecə saat 01:00-dan 23 sentyabr səhər saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Məhdudiyyətlər tətbiq olunan zonalarda giriş-çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkün olacaq.
Qeyd edək ki, son iki ilin təcrübəsinə əsaslanaraq, bu il də şəhər sakinlərinin və sürücülərin rahatlığı üçün yarış müddətində bəzi əsas yollar əhalinin istifadəsi üçün açılacaq.
Belə ki, 15, 16, 17 sentyabrda yarış zolağının aşağıda sadalanan giriş-çıxış hissələri səhər saat 07:00-dan 09:00-dək, axşam saat 18:00-dan 20:00-dək nəqliyyatın hərəkəti üçün dayanma və durma olmadan sərbəst olacaq.
Sentyabrın 18-də isə səhər saat 07:00-dan 09:00-dək, axşam isə saat 20:00-dan 22:00-dək bu yollar açıq olacaq.
Giriş nöqtələri:
● Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində.