• 18.09.2025 15:51

Gənclər arasında eynicinsli münasibətlər artıb – AÇIQLAMA

Gənclər arasında eynicinsli münasibətlər artıb – AÇIQLAMA

Son illərdə LGBT nümayəndələrinin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Xüsusən də sosial media bu qrup insanlara özlərini açıq şəkildə ifadə etmək imkanı verir. Bu isə həm cəmiyyətdə mövzunun daha çox müzakirə olunmasına, həm də fərqli yanaşmaların ortaya çıxmasına səbəb olur.

Maraqlıdır ki, son dövrdə LGBT-çilərin sayının artmasının əsas səbəbləri nələrdir? Artım tendensiyası daha çox hansı yaş qruplarında müşahidə olunur və bunun psixoloji-sosial izahı necədir?

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən psixoloq Ülkər Məhərrəmova son illərdə LGBT nümayəndələrinin sayında nəzərəçarpacaq artımı mədəni və psixoloji amillərlə əlaqələndirib:

“Əslində bu, artıq sosial qəbul məsələsinə çevrilib. Çünki həm media, həm də sosial şəbəkələr bu mövzuda daha çox informasiya və material təqdim edir, eyni zamanda insanların düşüncələrini daha rahat şəkildə ifadə etmələrinə imkan yaradır. İnsanlar fikirlərini sərbəst şəkildə dilə gətirməklə həm də daha çox dəstək tapırlar”.

 

Psixoloq söylədi ki, insanlar artıq öz kimliklərini qoruyaraq təhlükəsiz şəkildə ifadə edə bilirlər:

“Xüsusilə gənclər arasında bu daha geniş yayılıb. Çünki onlar təhlükəsiz hesab etdikləri mühitlərdə özlərini ifadə edirlər. Məsələn, məktəblərdə, yeniyetmələr və gənclərin toplaşdığı platformalarda bu mövzuda müxtəlif maarifləndirmə işləri aparılır. Orada onlar duyğu və hisslərini açıq şəkildə ifadə edir, qəbul olunur və dəstək taparaq özlərini rahat hiss edirlər. Üstəlik, artıq hər yerdə onlara dayaq ola biləcək mühit mövcuddur. Bundan başqa, insanlar psixoloji baxımdan da daha sabit bir vəziyyət formalaşdırır, haqlı olduqlarını düşünürlər. Çünki əvvəllər gizlədilən mövzular indi açıq şəkildə ifadə olunur. Qanunvericilikdə qəbul olunması, maarifləndirmənin genişlənməsi və sosial şəbəkələrdə sərbəst müzakirə imkanı nəticəsində duyğular artıq daha rahat dilə gətirilir. Gizlədilən məqamlar indi üzə çıxır”.

Ü.Məhərrəmova sosial mediada bu proseslərə dəstəyin daha güclü olduğunu qeyd edib:

 “Gənclər kimliklərini orada daha rahat ifadə edir, açıq və aşkar şəkildə ortaya qoyurlar. Amma Azərbaycan müsəlman ölkəsi olduğuna görə, bu mövzular həmişə müsbət qarşılanmır. Əvvəllər gizli olan hallar indi aşkarlandığı üçün bəzən kəskin reaksiyalara səbəb olur. Bu məsələnin psixoloji, hətta patoloji tərəfləri də mövcud ola bilər. Lakin gənclər arasında artan dəstək və təsir nəticəsində artıq bir “seçim” kimi qəbul edilməyə başlanır. Dünyanın bir çox ölkəsində təhlükəsiz hesab edildiyinə görə bu proses getdikcə daha da genişlənir”.

Müsahibimiz gənclər arasında, həm qızlarda, həm də oğlanlarda eyni cinsli münasibətlərə marağın və bu yöndə seçimlərin artdığını da vurğuladı:

“Mənim praktikada ən çox rast gəldiyim hallar göstərir ki, belə düşüncələrə meyil edən gənclər ailədə dəyər görməyən, dinlənilməyən və psixoloji boşluq yaşayan şəxslərdir. Onlar sosial şəbəkələrdə daha çox anlaşma və dəstək tapdıqları üçün özlərini orada güvənli hiss edirlər. Elə bu da onların seçimlərinin həmin istiqamətə yönəlməsində mühüm rol oynayır”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…