• 29.09.2025 16:06

Cabir İmanovun ölümünə bu səbəb ola bilər – SON DƏQİQƏ

Cabir İmanovun ölümünə bu səbəb ola bilər – SON DƏQİQƏ

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov vəfat edib. Onun bu gün paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirdiyi bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.

Qeyd edək ki, Əməkdar artistin ölümü ilə bağlı TƏBİB-dən rəsmi açıqlama verilib.

Qeyd edilir ki, bu gün saat 13:38-də Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi ərazisindən Əməkdar artist Cabir İmanovun (1976-ci il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub:

“Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də təcili tibbi yardım briqadası tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb”.

Ümumiyyətlə, son illərdə 40 yaşdan sonra ürək tutması və digər qəfil ölüm hallarında artım müşahidə olunur. Həkimlər bu tendensiyanın ciddi şəkildə artdığını və ölüm hallarının getdikcə gəncləşdiyini vurğulayırlar. Xüsusilə də idman zallarında baş verən qəfil infarkt və insult halları narahatedici səviyyəyə çatıb. Artıq yalnız xəstələr deyil, sağlam və aktiv həyat tərzi sürən insanlar, o cümlədən peşəkar idmançılar belə bu cür faciələrlə üz-üzə qalırlar.
Bəs 40 yaşdan sonra ağır idmanla məşğul olmaq yasaqmı? Nələrə diqqət edilməlidir.

Tanınmış həkimlər Musavat.com-a fikirlərini bölüşüblər.

İDRİS.jpg (91 KB)

Kardioloq, professor İdris Xəlilov mövzu ilə bağlı Musavat.com-a deyib ki, bütün doğulan uşaqlar ana bətnində olarkən anadangəlmə ürək qusurlarının inkarı üçün exokardioqrafiya (EKQ) müyayinəsindən keçir:

“Sonraki yaş dövründə EKQ və sairə müayinələr olunmalıdır. 35 yaşdan yuxarı bütün insanların kardioloji “chek- up” olması gərəkdir. Əsasən də İdmanla məşğul olmaq istəyənlər. Əgər idman zamanı hər hansı bir diskomfort olarsa, dərhal hərəkəti saxlamaq və 103 – ə müraciət etmək lazımdır. Qəfləti ölümün çox səbəbləri ola bilir. 1 – ci yerdə isə ürəyin işemik xəstəliyidir”.

ZULFU.jpg (246 KB)

Bakı Ağrı Klinikasasının baş həkimi Zülfüqar Yusifov məsələ ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Allah rəhmət etsin. Nur içində yatsın. Hadisənin idman zalında baş verməsi insanı bunu idmanla əlaqələndirməyə sövq edir. Amma ölüm müxtəlif səbəblərdən baş verə bilər. Bu səbəblər arasında qəfil ölümlərin ən çox rast gəlinən formalarından biri tromemboliyadır. Tromemboliya aşağı ətraflardan trombun sıçrayaraq ağ ciyər arteriyalarına düşməsi və bunun nəticəsində də qısa müddətdə ölümün baş verməsinə səbəb ola bilər. Eyni zamanda, çox yüklü və əmək tələb edən idmanlardan normal insanların kənarda olması lazımdır. Niyə normal insan deyirəm? Ümumiyyətlə, çox yüklü idmanların aparılması daha çox idmançılar üçün uyğundur. Bunlar müəyyən yarışlara hazılaşırlar deyə həddən artıq məşq eləmiş olurlar ki, yarışlarda qalib olsunlar. Hətta məşqçilər də bilirlər ki, ağır idmanlar, təkrarlanan çox sayda hərəkətlər sağlamlıq üçün heç də faydalı deyil. Sadəcə idmançılarda üstünlük ondan ibarətdir ki, onlar tədricən özlərini hazırlayırlar.

Məşqçilər müəyyən dozalarla bu yükü artıraraq müəyyən mərhələyə gətirib çıxara bilirlər. Adi insanlar isə birdən-birə hərəkət edərkən bütün orqan və sistemlərə əlavə enerji ehtiyacı yaradırlar ki, bəzən də orqanizm onu kompensasiya etmək iqtidarında olmur. Nəinki bütün orqanizm, ayrı-ayrı oynaqlar belə. Məsələn, uzun müddət qaçış və yeriş dizlərdə narahatlığa səbəb olur, qollarla aparılan məşqlər çiyinlərdə, dirsəkdə bağların qopmasına, iltihabi proseslərin yaranmasına səbəb ola bilir. Ciddi idman zamanı xüsusilə ürəyin kompensasiya etməsi lazımdır, bunun üçün ürək həddən artıq işləməsidir. Ürəyin həddən artıq çox işləməsi üçün sürətlə böyüməlidir. Bu döyünmələr zamanı o qan dövranına həm qan, həm də qidalı maddələr və oksigen ötürür. Amma biz nəzərə alsaq ki, ürəyin qidalanması onun vurduğu dövrdə yox, sakit olduğu dövrdədir. Ürək işlədikdə pözünün qidalanma imkanı məhdudlaşır. Çünki sakitlik dövrü azalır. Bu da nəticədə işemik faktorun qabarmasına və infarkt riskinin artmasına gətirib çıxara bilir. Yaş artdıqca biz insanlara ağır idmanları tövsiyə etmirik. Orqanizmin imkanları müəyyən yaşdan sonra məhdudlaşır, nə qədər özümüzü gümrah hiss etsək belə”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…