- 30.09.2025 10:47
“Suvenir və oyuncaqlar” adı altında bəyan olunan bağlamalardan oyun diskləri, saç fenləri və kompüter ehtiyat hissələri aşkar edildi
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarəti tədbirləri nəticəsində Birləşmiş Ərəb Əmirliklərindən poçtdaşıma şirkəti vasitəsilə müxtəlif fiziki şəxslərin adına gələn bağlamalar üzrə gömrük qanunvericiliyinin pozulması, o cümlədən malların düzgün bəyan edilməməsi faktları aşkar edilib.
Proses.az xəbər verir ki, “Logistika Mərkəzi” gömrük postunda aparılan gömrük yoxlaması və sənədlərin təhlili zamanı 23 bağlamadan “suvenir və oyuncaqlar” yükü adı altında faktiki olaraq 196 ədəd “PlayStation” oyun diskləri, 72 ədəd “Dyson” markalı saç fenləri və 30 ədəd kompüter ehtiyat hissələri aşkar olunub.