- 30.09.2025 14:11
Lökbatanda ağır qəzada sürücü və sərnişin ÖLDÜ
Ötən gün 2 nəfərin ölümü ilənəticələnən qəza baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən BAKU.WS-ə verilən məlumata görə hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.
“Sentyabrın 29-u saat 18 radələrində, Lökbatan qəsəbəsi ərazisində Elxan Elman oğlu Sadıxovun idarə etdiyi “Toyota” markalı “77 MS 710” dövlət nömrə nişanlı avtomobillə Elməddin Səmədovun idarə etdiyi “Opel” markalı “77 CD 673” dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Hadisə nəticəsində “Opel”in sürücüsü və “Toyota”nın sərnişini həyatını itirib. Faktla bağlı araşdırma aparılır”,- deyə məlumatda bildirilib.