- 01.10.2025 16:46
Tarzən Ramiz Quliyevinin səhhəti ilə bağlı SON VƏZİYYƏT
“Ramiz müəllimin vəziyyəti indiki halda stabildir”.
Bunu Oxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının şöbə rəisi Tural Sadıqov deyib.

“Düzdür, hələ huşu yuxuyameyillidir, amma infeksion göstəriciləri yaxşılaşır. Kreatin yüksəkliyi var. Əgər sabaha infeksion göstəriciləri düşərsə, dializ edib günortadan sonra evə buraxmağı düşünürük. Planda bu var, amma hələ dəqiq deyil. Sabah səhər daha dəqiq cavab vermək olacaq”, – deyə həkim bildirib.