• 03.10.2025 17:55

Abbas Abbasov: “Azərbaycan 2019-23-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edib”

Abbas Abbasov: “Azərbaycan 2019-23-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edib”

“Bakı Təşəbbüs Qrupu (BTQ) müstəmləkəçilik və neokolonializmə qarşı aparılan qanuni mübarizəni fəal şəkildə dəstəkləyir. Bu kontekstdə, BTQ (neo)kolonializmin reallıqlarını və onun təzahürlərini beynəlxalq ictimaiyyətə səmərəli şəkildə çatdırmağı bacarıb”.

Proses.az xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Simon Bolivar İnstitutunun Xalqlar arasında Sülh və Həmrəylik Fondunun Prezidenti xanım Blanka Qomesin dəvəti ilə iştirak etdiyi “Müstəmləkəçilik, neokolonializm və onun nəticələri” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Azərbaycanın 2019-23-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyi vurğulanıb:

“2023-cü ilin iyul ayında Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər Toplantısı çərçivəsində Bakıda təşkil olunan “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı beynəlxalq konfransda dənizaşırı ərazilərin nümayəndələrinin iştirakı ilə beynəlxalq qeyri-hökumət təşkilatı statusuna malik Bakı Təşəbbüs Qrupunun yaradılmasına dair qərar qəbul edilib. Beynəlxalq hüquq və insan hüquqları prinsiplərinə tam sadiqlik nümayiş etdirən təşkilatımızın fəaliyyəti müstəmləkəçilik və neokolonializmin tamamilə ləğvinə, dekolonizasiya hüququnun təşviqinə, eləcə də müstəmləkə hökmranlığının davamlı təzahürlərindən əziyyət çəkən xalqlara dəstək verilməsinə həsr olunub.

Yarandığı gündən BTQ qlobal dekolonizasiya hərəkatında beynəlxalq səviyyədə nüfuzlu və mötəbər platformaya çevrilib. Son iki il ərzində biz BMT-nin Nyu-York, Cenevrə və Vyana qərargahlarında, eləcə də Roma, İstanbul və dekolonizasiya dialoqlarının mərkəzi kimi tanınan Bakıda 40-dan artıq beynəlxalq konfrans və yüksəksəviyyəli tədbir təşkil etmişik.

Beynəlxalq tədbirlərimiz müstəmləkəçiliyin müxtəlif aspektlərinə – ekoloji, mədəni, sosial, təhsil və səhiyyə sahələrindəki təsirlərə həsr olunub. Bu tədbirlər çərçivəsində siyasi liderlər, alimlər, beynəlxalq hüquq üzrə ekspertlər, xüsusi məruzəçilər və hələ də müstəmləkə hökmranlığı altında olan ərazilərin vətəndaş cəmiyyəti təşkilatları bir araya gətirilərək geniş dialoq və əməkdaşlıq platforması yaradılıb”.

“BTQ-nin əsas nailiyyətlərindən biri 2024-cü ilin iyulunda Bakıda təşkil edilən Millətçi və Müstəqillik Hərəkatlarının Birinci Konqresinin keçirilməsi olub. Bu tədbir çərçivəsində Fransa və Niderland müstəmləkələrindən olan müstəqillik hərəkatlarının nümayəndələri Beynəlxalq Dekolonizasiya Cəbhəsinin yaradılmasına dair təsis bəyannaməsini imzalayıblar. Bu əlamətdar addım müstəmləkə əsarəti altında fəaliyyət göstərən hərəkatların kollektiv səsini birləşdirib və onların beynəlxalq səviyyədə koordinasiyalı fəaliyyəti üçün möhkəm təməl olub.

Digər mühüm nailiyyətlərindən biri də BTQ tərəfindən hazırlanmış hesabatın BMT baş katibi tərəfindən 2025-ci ildə təqdim edilən “Afrikamənşəli şəxslər üçün beynəlxalq onilliyin fəaliyyət proqramının icrası”na dair məruzəsində qeyd olunmasıdır.

Bundan əlavə, BTQ, BMT Baş Assambleyasının sessiyaları, Xüsusi Dekolonizasiya Komitəsi (C24) və Baş Assambleyanın Dördüncü Komitəsi (C4) Afrikamənşəli Şəxslərin Daimi Forumu, BMT İnsan Hüquqları Komitəsi və BMT İnsan Hüquqları Şurası ilə əməkdaşlıq çərçivəsində yan tədbirlər təşkil etmiş, hökumətlərarası müzakirələrlə yanaşı, substantiv dialoqa öz töhfəsini verib.

Həmçinin COP29 çərçivəsində BTQ bir sıra tədbirlər və aksiyalar təşkil edib. Məqsəd müstəmləkəçiliyin yalnız siyasi və sosial nəticələrini deyil, həm də onun dağıdıcı ekoloji təsirlərini göstərmək idi. Missiyamız müstəmləkə hökmranlığının ekosistemləri məhv etməsi, təbii sərvətləri tükəndirməsi və ada dövlətləri və müstəmləkə asılılığında olan ərazilərin mövcudluğunu təhlükə altına qoymasını beynəlxalq ictimaiyyətin diqqətini çatdırmaq olub.

Bununla yanaşı, BTQ analitik mərkəz qismində fəaliyyət göstərərək müstəmləkəçilik və dekolonizasiya sahələrində yüksək səviyyəli tədqiqatlar və ekspert təhlilləri hazırlamaqdadır. İndiyədək hesabatlar, jurnallar və kitablar daxil olmaqla 20-dən artıq nəşr dərc edib. Bu nəşrlər arasında müstəmləkə ərazilərinin idarəolunması üzrə beynəlxalq ekspert Korlayl Korbin tərəfindən yazılmış “Fransız müstəmləkəçiliyinin təkamülü: Siyasi və konstitusional təhlil” adlı əlamətdar əsər xüsusi əhəmiyyətə malikdir.

Bakı Təşəbbüs Qrupu müstəmləkə əsarəti altında qalan xalqlara dəstək verməkdə mühüm rol oynamağa davam edir. Bu xüsusda, Azərbaycan müstəqillik və azadlıq yolunda mübarizə aparan xalqlar üçün ümid yeri və qlobal platformadır”, – deyə o vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…