- 10.10.2025 16:50
Putin Azərbaycanla münasibətlərdən danışdı
Rusiya Prezidenti Vladimir Putin Rusiya və Azərbaycan arasında dövlətlərarası münasibətlərdə hansısa böhranın olmadığını hesab edir.
V.Putin bu barədə Düşənbədə jurnalistlərə açıqlamasında danışıb.
O, vəziyyəti “emosiyalar böhranı” adlandırıb.
Rusiya lideri həmçinin Azərbaycanla münasibətlərdə pis səhifənin artıq geridə qaldığına ümid etdiyini vurğulayıb.