- 13.10.2025 10:04
“Ofisianta 20 manat verirəm”
Aparıcı Elgiz Əkbər maraqlı açıqlama verib.
O, toya getdikcə cibindəki pulları necə bölüşdürməsindən danışıb.
Teleaparıcının fikirləri maraqla qarşılanıb:
“Toya gedəndə cibimdəki pulları ayırıram. Bizə xidmət edən ofisianta 20 manat verirəm, boynuma alıram. Dəfələrlə yaxınlaşıb nə istədiyimi soraqlayırlar. Əziyyət çəkir, 50 dəfə mətbəxə gedib-gəlirlər. Onun mütləq əziyyətinin dəyərini vermək lazımdır.
Toyun pulunu bir cibimə, xidmət edəninkini isə digərinə. Arxa cibimə də ayrı pul qoyuram ki, birdən nəsə lazım olar. Düşünürəm ki, hamı belə edir”./Milli.az/