- 21.10.2025 13:45
4-cü kurs tələbəsi vəfat etdi – FOTOLAR
Milli Aviasiya Akademiyasının tələbəsi vəfat edib.
Proses.az “Unikal”a istinadən xəbər verir ki, akademiyanın 4-cü kurs tələbəsi 2005-ci il təvəllüdlü Qəşəm Alıyev oktyabrın 19-u dünyasını dəyişib.
Onun hansı səbəbdən həyatını itirməsi qeyd edilməyib.
Bildirilib ki, mərhumun atası da iki il əvvəl vəfat edib.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə şəhər sakini olan Q.Alıyevin meyiti oktyabrın 18-i saat 17 radələrində kirayədə yaşadığı Binə qəsəbəsindəki evin həyətində aşkar edilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.


