- 22.10.2025 15:09
Gülnarə Muxtarova vəzifəsindən azad edildi – FOTO
Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Gülnarə Muxtarova öz ərizəsi ilə vəzifəsindən azad edilib.
Bununla bağlı TƏBİB-in İcraçı direktor Vüqar Qurbanov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, G.Muxtarova Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən oktyabrın 21-dən tutduğu vəzifəsindən azad edilib.
Faktı TƏBİB “Report”a təsdiqləyib.
