• 23.10.2025 14:53

Azərbaycanda kart ovuna çıxan şəbəkə – 78 minlik əməliyyat ifşa olundu

Azərbaycanda kart ovuna çıxan şəbəkə – 78 minlik əməliyyat ifşa olundu

Şəbəkə üzvləri bank və mağaza adından saxta səhifələr yaradaraq vətəndaşların kart məlumatlarını ələ keçiriblər.

Proses.az Teleqraf-a istinadən xəbər verir ki, bank kartlarından külli miqdarda pul vəsaitinin ələ keçirilməsi ilə bağlı “Telegram” üzərindən fəaliyyət göstərən fişinq şəbəkəsinin işi məhkəmədə araşdırılır.

İstintaq materiallarına görə, təqsirləndirilən şəxs 2024-cü ilin əvvəlindən “Telegram” sosial şəbəkəsində fəaliyyət göstərən “Underground Azerbaijan” və “Dark Money” adlı gizli qruplarda “CETOX”, “MOSSAD2X” və “Olimpus_Prime” profilləri ilə cinayət əlaqəsinə girib.

İttihama əsasən, qrup üzvləri “Instagram” və digər sosial platformalarda bir sıra bank və ticarət şəbəkələrinin adından saxta səhifələr yaradaraq, vətəndaşlara endirim, uduş və lotereya kampaniyaları adı altında fişinq linkləri göndəriblər. Bu səhifələrdə “Azər-Türk Bank”, “Leo Bank” və digər maliyyə qurumlarının, həmçinin müxtəlif mağaza şəbəkəsinin adı altında yalan elanlar yerləşdirilib. “Leo Bank” kartlarının “asan OTP sistemi” səbəbindən bu şəbəkədə daha çox istifadə olunduğu qeyd olunub.

Qrup üzvləri bildiriblər ki, belə kartlardan köçürmə zamanı SMS təsdiqi tələb olunmadığından əməliyyatlar sürətlə həyata keçirilə bilib.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu qruplarda kart bazarı da formalaşıb – yeni açılmış kartların qiyməti 150-200 manat, dövriyyəsi çox olan kartların isə 300-400 manat olub. “Azər-Türk Bank”, “Leo Bank” və digər kartlar üçün qiymət fərqləri limitlər və təhlükəsizlik səviyyəsinə görə dəyişib. İstintaqın məlumatına görə, istifadəçilər saxta səhifələrdə kart nömrələrini və OTP kodlarını daxil etdikdən sonra məlumatlar qrup üzvləri tərəfindən ələ keçirilib. Daha sonra bu məlumatlardan istifadə olunaraq vətəndaşların hesablarından vəsaitlər çıxarılıb. Pullar əvvəlcə “M10” və portmanat elektron hesablarına köçürülüb, daha sonra kriptovalyutaya çevrilərək şəbəkə üzvlərinin idarə etdiyi hesablara yönləndirilib.

Bu yolla ümumilikdə 78 382 manat 05 qəpik məbləğində pul vəsaiti oğurlanıb. Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, “MOSSAD2X” və “CETOX” tərəfindən idarə olunan qruplarda müxtəlif şəxslərin adına akart və portmanat hesabları açdırıb, həmçinin e-SIM formatında mobil nömrələr əldə edərək OTP təsdiqləri üçün onlara təqdim edib. O, ifadəsində qeyd edib ki, müxtəlif mağazalar şəbəkəsinin adı altında yaradılan saxta səhifələrdə “iPhone 15 Pro Max” və digər modellər barədə yalan endirim elanları paylaşılıb.

OTP kodunu səhifədə yazmayan müştərilərlə “WhatsApp” vasitəsilə əlaqə saxlayaraq, onları kodu daxil etməyə razı salıb. Təqsirləndirilən şəxs etiraf edib ki, oğurluq əməliyyatlarından əldə olunan vəsaitlərin 20 faizini özündə saxlayıb, qalan hissəsini isə “CETOX” və “Olimpus_Prime” profillərinin göndərdiyi kriptovalyuta ünvanlarına köçürüb.

İstintaq materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxs “CETOX” tərəfindən 1 700 ABŞ dolları (təxminən 2 890 manat) məbləğində ödəniş alıb, həmin vəsaiti qismən “M10” hesabına köçürüb, bir hissəsini isə şəxsi xərclərinə yönəldib. Cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi (özgənin əmlakını gizli yolla talama – külli miqdarda) ilə ittiham irəli sürülüb.

Məhkəmə prosesi davam edir.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…