• 24.10.2025 13:23

Yeyinti ilə həbs edilən qadın şirkəti ittiham edir – “54 milyon gizlədilib”

Yeyinti ilə həbs edilən qadın şirkəti ittiham edir – “54 milyon gizlədilib”

“Rifah Qrup” MMC-nin baş mühasibi Samirə Zeynalova 1 milyon manata yaxın mənimsəmədə ittiham olunur.

“Qafqazinfo”nun məlumatına görə, S.Zeynalova cəmi 1 il həmin şirkətdə işləyib.

İş materiallarında yazılıb ki, o, baş mühasib olduğu həmin müddətdə qohumlarının adına açdırdığı kart hesablarına pullar köçürüb. Bundan başqa, Zeynalova rəsmi sənədlərə yalan məlumat daxil etməklə ümumilikdə 803 min 429 manat ələ keçirib.

Bu əməlinə görə, Samirəyə xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma maddəsi ilə ittiham verilib. Cinayətlərin ağırlığı səbəbindən həbs edilib.

Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Prokuror Samirə Zeynalovanın verilmiş ittihamlarla təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilməsini tələb edir.

Xanım müttəhim isə ittihamları qəbul etməyib. Biri birinci qrup əlil olmaqla, 4 uşaq anası olan müttəhim iddia edir ki, şirkətdə baş verən qanunsuzluqları ifşa etdiyi üçün hədəf alınıb. Zeynalovanın sözlərinə görə, “Rifah Qrup” qeyri-rəsmi Əliyev Elnur Təvəkkül oğluna məxsusdur. Uçot bazasına əsasən Elnur Əliyevin maliyyə dövriyyəsi 287 milyon təşkil edib. Buna baxmayraq, 54 milyon manat sosial ödəmələrdən yayınıb: “2021-ci ildə aylıq 1500 manat maaş qarşılığında oraya işə düzəldim. Amma rəsmi olaraq karta 350 manat pul köçürülüb. Şirkətdə 1700 nəfər işçi də əmək müqaviləsi bağlanmadan işlədilib. Bununla da küllli miqdarda vergidən və sosial ödəmələrdən yayınılıb. Hətta şirkət işçiləri çirkli pulların yuyulmasında istifadə edib. Hamısı Elnur Əliyevin qoruduğu uçot bazasında var. Mən də elə həmin məlumatları proqramçının səhlənkarlığı nəticəsində əldə etmişəm. Amma təəssüf ki, şirkətdəki ciddi qanun pozuntularını öyrəndiyim və rəhbərə məlumat verməyim öz azadlığımın əlimdən alınması ilə nəticələndi”.

S.Zeynalova indi şirkətdə baş verənlərin dərindən araşdırılmasını və əsl təqsirkarın cinayət məsuliyyətinə cəlb edilməsi üçün lazımi tədbir görülməsini xahiş edir.

Növbəti iclasda müdafiə tərəfi yekun çıxış edəcək.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…