• 31.10.2025 14:17

Putin 44 ay öncəyə qayıtdı-savaşın 1346-cı günü- “Burada mənəm…”

Putin 44 ay öncəyə qayıtdı-savaşın 1346-cı günü- “Burada mənəm…”

Xəbər verdiyimiz kimi, Budapeştdə planlaşdırılan Tramp–Putin sammiti ABŞ tərəfindən Moskvanın sərt tələbləri səbəbindən ləğv edilib. Bu azmış kimi, Rusiya Vaşinqtona Ukraynadakı müharibənin dayandırılması üçün memorandum göndərib. Sənəddə Ukraynanın ərazi güzəştləri, ordusunun ixtisarı və NATO-ya üzvlükdən imtina zəmanəti kimi şərtlər irəli sürülüb.

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında gərgin telefon danışığı da yaşanıb. Baş verənlər Vaşinqtonun Rusiya ilə münasibətlərdə yumşalma kursundan kəskin dönüş etməsinə səbəb olub. Nəticədə ABŞ Rusiya neft şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

Göründüyü kimi, dünya yenidən 2022-ci il 22 fevralda Rusiya prezidenti Vladimir Putinin etdiyi məşhur çıxışa qayıtdı. Belə ki, Moskvanın Vaşinqtona göndərdiyi şərtlərin hər birini Kremlin sahibi 44 ay öncə səsləndirmişdi.

Nə baş verir? Kollektiv Qərb bundan sonra nə edəcək? Gördüyümüz odur ki, “rus ayısı” dişini qıcayıb, qarşısına qoyduğu hədəflərə çatmaqda israrlı görünür.

Ekran şəkli 2025-10-31 140715.jpg (49 KB)

Siyasi şərhçi Rəhman Bayramov Musavat.com-a bildirdi ki, Budapeştdə keçirilməsi planlaşdırılan Tramp–Putin sammitinin ləğvi sadəcə diplomatik hadisə deyil, müharibənin mənasız bir mərhələyə çevrildiyinin etirafıdır: “Budapeşt sammitinin ləğvi beynəlxalq münasibətlər sistemində yeni strateji balanssızlığın təzahürüdür. Tramp–Putin görüşü, əslində, Rusiya ilə ABŞ arasında uzunmüddətli geosiyasi qarşıdurmanın mümkün yumşalma mərhələsi kimi nəzərdə tutulurdu. Lakin Moskvanın Vaşinqtona göndərdiyi memorandum bu ehtimalı aradan qaldırır. Kreml Ukraynadan ərazi güzəştləri, ordunun ixtisarı və NATO-ya üzvlükdən imtina zəmanəti tələb etməklə, sülhü deyil, yeni status-kvonun təsdiqini hədəfləyir. Bu, Rusiyanın diplomatik ritorikasında “təhlükəsizlik təminatı”, beynəlxalq sistemin baxışında isə “geosiyasi ultimatum” kimi dəyərləndirilir.

ABŞ tərəfi memorandumun qəbulunu beynəlxalq hüququn prinsiplərinə zidd sayır. Dövlət katibi Marko Rubio ilə Sergey Lavrov arasında keçirilən gərgin telefon danışığı Vaşinqtonun mövqeyinin dəyişməz olduğunu göstərdi: Ukraynanın ərazi bütövlüyü danışıqlar predmeti deyil. Trampın Kremlin təkliflərini “mənasız” adlandırması da məhz bu səbəbdən baş verir. Bunun ardınca ABŞ administrasiyası Rusiya neft sektoruna qarşı yeni sanksiyalar paketi açıqladı. Beləliklə, “taktiki barış” cəhdləri “strateji qarşıdurma” mərhələsinə keçməyə istiqamətlənir”.

Siyasi şərhçinin sözlərinə görə, artıq Rusiya-Ukrayna müharibəsinin 1346-cı günü tamamlanır, amma nəticə dəyişmir: “Rusiya itkilərini milyonlarla ifadə edən, iqtisadi baxımdan sanksiyaların dərinləşdirdiyi durğunluqla üz-üzə qalan bir dövlətə çevrilir. Ukrayna isə mütəxəssislərin hesablamasına görə bərpa olunması üçün 524 milyard dollardan artıq vəsait tələb edən bir ölkə halına gəlir. Hər iki tərəf tükənir, amma siyasi qərar mexanizmləri dəyişmir. Bu, artıq sadəcə müharibə deyil, beynəlxalq güc arxitekturasının yenidənqurma prosesi, çoxqütblü dünyanın sərt və bəzən xaotik doğuluşudur.

Putinin irəli sürdüyü şərtlərin arxasında üç strateji məqsəd dayanır: birincisi, Qərbi “nüfuz zonaları” anlayışına qayıtmağa məcbur etmək; ikincisi, postsovet məkanında geosiyasi hegemonluq prinsipini bərpa etmək; üçüncüsü isə daxili auditoriya qarşısında “Rusiya heç nədən geri çəkilmir” prinsipini qorumaq. Bu strategiya ilə Kreml həm Qərbin diplomatik iradəsini sınayır, həm də münaqişəni “zamanla qalib gəlmək” metoduna çevirir.

Lakin uzanan müharibə artıq regional təhlükəsizlik strukturunu tamamilə sarsıdır. Avropa enerji bazarının parçalanması, silahlanma xərclərinin kəskin artması və qlobal inflyasiyanın yüksəlməsi beynəlxalq iqtisadi sabitliyə sistemli təhdid yaradır. Ukrayna cəbhəsindəki hər gün, əslində, yeni geosiyasi bərabərsizliyin formalaşdığı gündür.

Burada əsas sual yaranır: müharibə uzandıqca kimin təhlükəsizliyi möhkəmlənir? Rusiya üçünmü, Qərb üçünmü, yoxsa heç kim üçünmü? Sülh masası hər dəfə niyə devrilir — çünki siyasi iradə yoxdur.

Bu gün Budapeşt sammitinin ləğvi göstərir ki, münaqişə artıq hərbi deyil, siyasi menecmentin böhranıdır. Bütün tərəflər diplomatik təşəbbüsləri maksimalist tələblərlə əvəzləyib. Sülhə aparan yol isə yalnız bir sualın cavabında gizlidir: beynəlxalq sistem gücün yox, hüququn dilinə qayıtmağa hazırdırmı?”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…