- 09.11.2025 20:26
Qalmaqallı direktorun yerinə yeni TƏYİNAT
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Bakı şəhəri Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəbə direktor təyin edilib.
Proses.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu vəzifəyə Ruhiyyə Vaqif qızı İmanova təyinat alıb.
Qeyd edək ki, həmin məktəbin əvvəlki direktoru müəllimlərə qarşı uyğunsuz davranışına görə işdən azad edilmişdi.
