- 14.11.2025 12:17
Şəkər xəstələri bu ölkəyə buraxılmayacaqlar – Yeni qaydalar
Ağ Evin mətbuat katibinin müavini Anna Kelli təsdiqləyib ki, Dövlət Departamenti ABŞ konsulluqlarına şəkərli diabet, piylənmə və bir sıra digər xroniki xəstəlikləri olan şəxslərə viza verilməsini məhdudlaşdıran yeni təlimatları təsdiqləyib.
Onun dediyinə görə, Dövlət Departamentinin son 100 ildə qüvvədə olan siyasəti vergi ödəyiciləri üçün mümkün maliyyə yükü yarada biləcək ərizəçilərə viza verməkdən imtina etmək hüququnu nəzərdə tutur:
“ABŞ-də dövlət tərəfindən maliyyələşdirilən səhiyyə xidmətinə müraciət edəcək şəxslər Amerika vətəndaşlarının səhiyyə resurslarını tükəndirə bilər. Tramp administrasiyası bu siyasəti tam olaraq həyata keçirməyə başlayıb”.