• 17.11.2025 12:32

Prezident aşpazları – dövlət ziyafətlərinin görünməz ADAMLARI

Prezident aşpazları – dövlət ziyafətlərinin görünməz ADAMLARI

Siyasətin gizli qapıları arxasında razılaşdırılan hansısa mühüm sövdələşmə bəzən bir yemək masasında da bağlana bilər. Bu masadakı bir yeməyin dadı liderlər arasındakı görüşün nəticəsinə təsir edə, diplomatik münasibətlərin istiqamətini dəyişə bilər.

Proses.az xəbər verir ki,Modern.az saytı prezident aşpazları və dövlət ziyafətlərindən bəhs edən araşdırma yazısı hazırlayıb.

Dünya liderlərini yalnız müşavirlər, generallar və diplomatlar müşayiət etmir, onların ətrafında görünməz adamlar da olur – prezident aşpazları kimi… Prezident saraylarında çalışan aşpazlar milli təhlükəsizlik, protokol, diplomatiya və yüksək kulinariya ustalığını birləşdirən xüsusi mütəxəssislərdir.

Onların hazırladığı süfrə dövlətin imicini, mədəniyyətini və qonaqpərvərliyini təmsil edir. Dövlət rəhbərləri adından xarici qonaqlara açılan süfrələr xüsusi qaydalarla qurulur. Menyudakı hər yemək, hər ədviyyat seçimi və süfrə düzümü bir mesaj daşıya bilər – “Biz kimik və necə ölkəyik”.

Prezident aşpazları təhlükəsizlik, incəlik və yaradıcılıq arasında balans saxlamalıdırlar. Onlar həm sənətkar, həm diplomat, həm də etimad göstərilən adamlardır. Eyni zamanda, həm də dövlət başçısının zövqünə, sağlamlığına və təhlükəsizliyinə cavabdehdirlər.

Araşdırmalara görə, prezident aşpazlarının seçimi uzun və çoxmərhələli prosesdir. Bu seçim zamanı peşəkar təcrübə və bacarıq, milli və beynəlxalq mətbəx bilikləri, psixoloji sabitlik və dözümlülük, gizlilik və etibarlılıq əsas meyarlardır.

Aşpazın şəxsi həyatı, əlaqələri və keçmişi də ciddi şəkildə yoxlanılır.

Prezidentlər tez-tez xarici qonaqları qəbul etdiyindən, aşpaz həm öz ölkəsinin mətbəxini, həm də digər xalqların kulinariya xüsusiyyətlərini yaxşı bilməlidir.

Prezident saraylarının baş aşpazının vəzifələri çox mürəkkəbdir:

– Dövlət başçısı və ailəsi üçün gündəlik menyu hazırlamaq;

– Rəsmi qəbullar, dövlət ziyafətləri və xarici səfərlər üçün xüsusi menyular tərtib etmək;

– Dini və sağlamlıq tələblərini nəzərə almaq (məsələn, pəhrizlər, allergiyalar, halal qaydalar və s.);

– Qonaqların mədəni və diplomatik zövqlərinə uyğun yeməklər hazırlamaq;

– Ərzaqların keyfiyyətinə və təhlükəsizliyinə nəzarət etmək – hər məhsulu ciddi yoxlamadan keçirmək;

– Mətbəx personalını idarə etmək, gigiyena və təhlükəsizlik standartlarına əməl olunmasına nəzarət etmək.

Prezident aşpazının mükəmməl kulinariya bacarığı əsas tələb olsa da, bu kifayət etmir. O, həm də məxfiliyi qorumalı – dövlət başçısının şəxsi həyatına aid heç bir məlumatı sızdırmamalıdır. Təhlükəsizlik qaydalarına sadiq olmalı, protokol xidmətləri ilə birgə işləməyi bacarmaldır.

Ağ ev və Yelisey sarayının məşhur aşpazları

ABŞ-da prezidentin baş aşpazı diplomatik sima hesab olunur. Ağ Evin baş aşpazı bir növ mətbəx naziri sayılır, o, adətən prezident ailəsinin bütün yeməklərinə, həmçinin rəsmi dövlət ziyafətlərinə cavabdeh olur. Ağ evin ən məşhur aşpazlarından biri Filippin əsilli Kristeta Komerford olub. O, 2005-ci ildən 2024-cü ildə təqaüdə çıxana qədər 4 prezidentə – Corc Buş, Barak Obama, Donald Tramp, Co Baydenə xidmət edib.

Fransada Yelisey sarayının baş aşpazı dövlətin ən prestijli kulinariya vəzifələrindən biridir. Fransa prezidentlərinin mətbəxi dünyanın ən prestijli dövlət mətbəxi sayılır.

Quillaum Qomes 2013–2021-ci illərdə Yelisey sarayının baş aşpazı olub. Onun rəhbərliyi altında Yelisey sarayı həm klassik yeməkləri, həm də yeni nəsil qastronomiyanı birləşdirib.

Keçmiş baş aşpaz Quillaum Qomes Yelisey sarayında 4 prezidentlə işləyib: Jak Şirak, Nikola Sarkozi, Fransua Olland və Emmanuel Makron.

O, 25 il xidmət etdikdən sonra – 2021-ci ildə baş aşpazlıqdan gedib.

Putin xarici qonaqlara hansı yeməkləri təklif edir…

Rusiya prezidentinin aşpazları ciddi təhlükəsizlik yoxlamasından keçən xidmətçilər hesab olunur. Kremlin mətbəxində hər bir məhsul əvvəlcə laborator analizdən keçirilir, çünki zəhərlənmə illərdir real təhlükə kimi qiymətləndirilir.

Araşdırmalara görə, prezident Vladimir Putinin aşpazları hərbçilərdir və müxtəlif rütbələrə malikdirlər. Dövlət başçısı üçün hazırlanan bütün xörəkləri həmişə əvvəlcə aşpazlar və mühafizəçilər dadmalıdırlar.

Rusiya lideri “fast food” yemir və axşamlar ətdən uzaq durmağa çalışır. Onun sevimli yeməkləri arasında badımcan qəlyanaltıları, Olivier salatı və ov heyvanlarının qaraciyəri var. Putin adi çay içmir; rəsmi tədbirlər zamanı onun üçün itburnu və zəncəfil çayı hazırlanır. Prezident çox nadir hallarda spirtli içki qəbul edir. Putin sevimli qidaları arasında dondurma xüsusi yer tutur.

Aşpazları Putini səfərlərdə də müşayiət edirlər. Onun aşpazı Vladimir Oleqoviç Federal Mühafizə Xidmətinə bağlı şəxslərin məhdud auditoriyası üçün nəzərdə tutulmuş “Bizim xidmət” filmində deyir: “Lider harada olur-olsun, istər işgüzar səfər, istər tətil, istərsə də özəl mərasim, biz həmişə oradayıq”.

Kremlin keçmiş baş aşpazı Anatoli Qalkin xatirələrində yazır: “Bizim işimizdə ən mühüm şey prezidentdən əvvəl dadmaq idi. Hər yeməyin nümunəsini əvvəlcə biz yoxlayırdıq”

Açıqlanan məlumata görə, Rusiya prezidenti adından xarici qonaqlara verilən nahar adətən balıq və ya dəniz məhsulları, tərəvəz qəlyanaltıları ilə başlayır. Aşpazlar onları seçərkən qonaqların hər hansı bir allergiyası, dini inancları və digər xüsusi istəklərini nəzərə almağa çalışırlar.

Rus mətbəxinə xas olan şorbalar ilk yeməklər kimi verilir. Məsələn, Putin Moskvada Şimali Koreya lideri Kim Çen Inı balıq şorbasına, Çin prezidenti Si Cinpini isə ördək borşuna qonaq edib.

Kreml mətbəxinin menyusunda xarici qonaqlara xərçəng, nərə balığı və ya qızılbalıq kimi qeyri-adi içlikli köftələr də tez-tez təklif olunur.

Əsas isti yemək ənənəvi olaraq iki növdə təklif olunur, bunlardan biri həmişə ət tərkiblidir, məsələn, mal əti və ya quzu əti, bəzi hallarda isə dana əti və ya maral əti. Desert üçün qonaqlara hər dəfə müxtəlif giləmeyvə və ya sitrus meyvələrindən hazırlanmış şərbət təklif olunur.

2023-cü ilin sentyabrında Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Soçidəki işgüzar naharında aşağıdakı menyudan istifadə olunmuşdu:

Hisə verilmiş forel balığı ilə xiyarlı və avakadolu salat; tomat soslu qırmızı kefal balığı; mal ətli xarço supu; göbələk soslu tərəvəzli kefal balığı və qrildə qızardılmış quzu qabırğası.

Desert kimi isə prezidentlərə “quş südü” (“ptiçye moloko”) təqdim olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Yeni təyin edilən sədr kimdir? – DOSYE

Yeni təyin edilən sədr kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib. A.Mursaqulov 1981-ci ildə ildə anadan olub. 2003-cü…
Prezident İlham Əliyev Dövlət Statistika Komitəsinə yeni sədr təyin edib – Sərəncam

Prezident İlham Əliyev Dövlət Statistika Komitəsinə yeni sədr təyin…

Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki,…
Tanınmış cərrahı qətlə yetirən əri barədə QƏRAR…

Tanınmış cərrahı qətlə yetirən əri barədə QƏRAR…

Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı, Türkiyə vətəndaşı Məhəmməd (Muhammet) Gündüzün barəsində olan hökmdən verilən kasassiya…
“Qarabağ” Nərimanın gedişindən nə qədər qazanacaq?

“Qarabağ” Nərimanın gedişindən nə qədər qazanacaq?

“Qarabağ”ın futbolçusu Nəriman Axundzadə karyerasını MLS-in “Kolumbus Kryu” klubunda davam etdirəcək. Ağdam təmsilçisi də bu transferdən pul qazanacaq. MLS klubu…
Milli Məclisdən YENİ QADAĞA – BUNDAN SONRA…

Milli Məclisdən YENİ QADAĞA – BUNDAN SONRA…

Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı genişləndirilir. Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Mülki…
SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…