• 17.11.2025 16:31

“Əlimyandı” qiymətə maşın “satan”lar saxlanıldı – Oğurluq imiş – VİDEO

“Əlimyandı” qiymətə maşın “satan”lar saxlanıldı – Oğurluq imiş – VİDEO

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə yalan vədlər verərək və şirnikləndirici təkliflər yayaraq vətəndaşları aldadan şəxslərə qarşı əməliyyat tədbirləri həyata keçirib.

Medianews.az xəbər verir ki, aparılmış tədbirlər zamanı sosial platformalarda saxta elanlar paylaşan və özlərini müxtəlif internet resurslarının təhlükəsizliyinin təminatı ilə məşğul olan mütəxəssislər kimi göstərərək dələduzluq edən bir neçə şəxs saxlanılıb. Onların arasında əvvəllər də oxşar əməllərə görə məhkum olunmuş Şahin Rəcəbov, Aqşin Bədəlov, İlkin Niyazov və Cəfər Cəfərov var.

Araşdırmalar zamanı müəyyən olunub ki, Aqşin Bədəlov və İlkin Niyazov sosial şəbəkələrdə və müxtəlif saytlarda başqa şəxslərin bahalı mobil nömrələrini, avtomobillərini və mənzillərini öz adlarına məxsus kimi göstərərək real dəyərindən çox aşağı qiymətə satışa çıxarıblar. Cəfər Cəfərov isə müxtəlif iaşə obyektləri və müəssisələrlə WhatsApp vasitəsilə əlaqə saxlayıb özünü tanınmış brendlərin ucuz alışında vasitəçi kimi təqdim edib və bu yolla beh göndərən şəxsləri aldadaraq onların pul vəsaitini mənimsəyib.

Tədbirlər zamanı saxlanılan başqa bir şəxs Şahin Rəcəbov isə xarici ölkələrə səfər edib oradan Azərbaycanda fəaliyyət göstərən tanınmış şirkətlərlə əlaqə qurub özünü rəsmi saytların və elektron poçt sistemlərinin idarə olunması ilə məşğul olan təşkilatın rəhbəri kimi qələmə verib.

Daha sonra o, müəssisələrə məxsus domenlərin yerləşdiyi server və elektron xidmətlərin onun nəzarəti altına keçdiyini və ödəniş edilməyəcəyi təqdirdə onlayn xidmət sahələrinin fəaliyyətini tam dayandıracağını bildirib. Saxlanılan şəxs bu yolla qanunsuz olaraq əldə etdiyi vəsaitləri müxtəlif insanların adına olan hesablara köçürərək nağdlaşdırıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Ş.Rəcəbov və A.Bədəlov barəsində məhkəmənin qərarı ilə həbs, digərləri haqqında isə alternativ qətimkan tədbirləri seçilib.

“Bir daha vətəndaşlara sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağı, reallığına şübhə etdikləri elan, müraciət və çağırışlara aldanmamağı, tanımadıqları şəxslərə onlayn qaydada ödəniş etməkdən çəkinməyi tövsiyə edirik”, DİN-dən bildirilib.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…