- 18.11.2025 16:36
Qaxda məktəbli güllə yarası aldı
Qaxda 9-cu sinif şagirdi ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.
Proses.az “Bizim.media”ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Əmbərçay kəndində baş verib.
Kənd sakini V.Elnur oğlu baş nahiyəsindən xəsarət alıb. Yaralı təcili əməliyyat olunmaq üçün Bakıya aparılıb.
Hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.