- 24.11.2025 13:45
Bakıda binanın eyvanı uçdu – Xəsarət alan var
Noyabrın 22-si saat 23 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində binalardan birinin eyvanı uçub.
Hadisə C.Xanməmmədov küçəsi, ev 13-də yerləşən binanın 2-ci mərtəbəsindəki mənzildə qeydə alınıb.
Eyvanın uçması nəticəsində orada yaşayan 1963-cü il təvəllüdlü Xalidə Əbdülbağı qızı İbrahimova yıxılıb.
O, xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.