- 24.11.2025 13:46
Bakıda partlayış olan ofisdən – Yeni görüntülər
Bakının Nərimanov rayonunda partlayış baş verən ofisdə xilasetmə itləri ilə birgə axtarış işləri aparılır.
İnsanların dağıntılar altında qalma ehtimalı var. Əraziyə axtarış briqadası və xüsusi təlim görmüş itlər cəlb edilib.
***
Hadisə yerinə prokurorluq əməkdaşları da cəlb edilib. İlkin istintaq hərəkətləri aparılır.
Xatırladaq ki, partlayış səhər saatlarında Ə.Rəcəbli küçəsində yerləşən “AFEN Plaza” biznes mərkəzində qeydə alınıb. TƏBİB-in yaydığı ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.
