- 24.11.2025 19:00
“Loft Dent”in direktoru həbs olundu
Yasamaldakı çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə bağlı saxlanılan “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayev məhkəməyə çıxarılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, prokuror toplanmış ilkin sübutlar əsasında təqsirləndirilən şəxsin həbs edilməsini istəyib.
Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib. Qərara əsasən B.Paşayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.