• 05.12.2025 15:53

Adnan Əhmədzadə ilə Vahid Ələkbərovu nə birləşdirir?

Adnan Əhmədzadə ilə Vahid Ələkbərovu nə birləşdirir?

Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoyl” şirkətinin həmtəsisçisi Vahid Ələkbərovla gizli əlaqələri ortaya çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “VÇK-OQPU” nəşrində dərc olunmuş məqalədə qeyd olunur.

Bildirilir ki, bu ilin sentyabr ayında Əhmədzadə Bodrumda azərbaycanlı iş adamı Ələkbərovun “Genesis” yaxtasında “Lukoyl” şirkətinin təsisçisinin ad günü mərasimində iştirak edib. Bu isə onun Rusiya oliqarxının etibar etdiyi şəxs olması versiyasını gücləndirir.

Bundan başqa, A. Əhmədzadə V. Ələkbərovla əlaqəli şəkildə 108 milyon dollar dəyərində “Galactica Super Nova” superyaxtasını öz adına qeydiyyatdan keçirməkdə şübhəli bilinir.

Belə ki, 2022-ci ilin aprelində Böyük Britaniyanın sanksiyalar siyahısına daxil edilmiş Ələkbərova məxsus yaxta müsadirə olunmaması üçün Aralıq dənizindəki limanların birində gizlədilib.

Məlumata görə, milyarder, çox güman ki, 70 metrlik superyaxtası olan “Galactica Super Nova”nı satıb və “Genesis” adlı yeni 80 metrlik yaxta alıb. “Galactica Super Nova”nın mülkiyyətçisi ötən il dəyişib. Bu ilin yayına qədər gəmi Ələkbərova məxsus olduğu bildirilən Malta şirkəti “Nova 70 LTD”nin adına qeydiyyatda olub. Lakin 11 iyulda yaxta Marşal Adalarında qeydiyyatdan keçmiş dəniz şirkəti olan “Six Star Shipping LTD”yə verilib. İki ay sonra yaxtanın adı “Gaja”ya dəyişdirilib.

Daha sonra yaxta Adnan Əhmədzadənin adına qeydiyyatdan keçirilib. Bu addımın sanksiyalardan yayınmaq və aktivləri gizlətmək üçün atıldığı iddia olunur.

“Böyük Britaniya tərəfindən sanksiya tətbiq edilən aktiv – 100 milyon dollarlıq superyaxta Böyük Britaniya vətəndaşının (Adnan Əhmədzadə – red.) adına qeydiyyata alınıb və sonradan Aralıq dənizində beynəlxalq izləmə sistemlərindən (GPS deaktivasiyası vasitəsilə) yoxa çıxıb”, – nəşr yazır.

Əhmədzadənin Böyük Britaniya pasportu olsa da, indi o, Britaniya vətəndaşlığından Ələkbərovun aktivlərini hüquqi cəhətdən gizlətmək və “Lukoyl”, “Tatneft”, “Sibur”, “Surqutnefteqaz” və digər Rusiya neft şirkətlərinin neft ticarətinə yardım etmək üçün istifadə etməkdə ittiham olunur.

Bundan əlavə, Adnan Əhmədzadənin uzun illər Rusiya neftini saxta sertifikatlarla Qazaxıstan, Türkmənistan və digər ölkələrin nefti adı altında dünya bazarına çıxardığı ilə bağlı məqamlar üzə çıxıb.

Xatırladaq ki, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə bu ilin sentyabr ayında həbs olunub. Bakı şəhəri Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə A. Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham edilir.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…